logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Kamilə Əliyeva: “AŞPA Fransa, Almaniya və bir sıra Qərb dövlətlərindəki polis zorakılıqlarını görmək istəmir”

Kamilə Əliyeva: “AŞPA Fransa, Almaniya və bir sıra Qərb dövlətlərindəki polis zorakılıqlarını görmək istəmir”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, Fransa, Almaniya və bir sıra Qərb dövlətlərində insanlar hər zaman polis zorakılığına məruz qalır, döyülür, həbs olunur. Nədənsə AŞPA bunları görmək istəmir.

- AŞPA 2023-cü il oktyabrın 10-da “Fransanın Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsi” adlı 2512 (2023) saylı qətnamə qəbul edib. Qətnamədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 26 fevral 2019-cu ildə dərc etdiyi “Fransada “sarı jiletlilər” hərəkatı kontekstində ictimai asayişin və sərbəst toplaşmaq azadlığının qorunmasına dair” Memoranduma da istinad edilib və bildirilib ki, Fransada pensiya islahatına qarşı etirazlar fonunda ifadə və toplaşma azadlıqları narahatedici şərtlər altında həyata keçirilir. Bildirilib ki, Assambleya nümayişlər zamanı yaralananların sayının çox olmasından narahatdır.

- AŞPA-da 2014-cü ildə dərc olunan “Polisdə irqçiliklə mübarizə” adlı hesabatda Avropa ölkələrindəki polis orqanlarında irqçiliyin mövcud olduğu bildirilib. Hesabatın Fransaya aid hissəsində qeyd edilib ki, digər millətlərə mənsub şəxslərin vəsiqələrinin yoxlanılması zamanı polisin həddindən artıq güc tətbiq etdiyi iddiaları etirazlara səbəb olub. 

Almaniyaya aid hissəsində “Amnesty International” təşkilatına istinadən bildirilib ki, polisin pis rəfdarına dair faktlar var. Həmçinin bu hesabatda Avropadakı bir sıra digər ölkələrdə də polisin insanlara pis rəftar göstərdiyi bildirilib. AŞPA bu hesabat əsasında verilən eyni adlı 1968 saylı qərarda üzv ölkələri polis təşkilatlarında islahatlar aparmağa çağırıb. 

AŞPA-nın 2022-ci il aprelin 27-də qəbul etdiyi 2435 saylı “Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və əsassız güc tətbiqinə qarşı mübarizə və qarşısının alınması” adlı qərarda bildirilib ki, Corc Floydun ABŞ-da ölümü hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusən də Afrika əsilli insanlara və qaradərililərə qarşı qeyri-qanuni öldürücü güc tətbiqinə görə cəzasız qalmasına qarşı etiraz dalğasına səbəb oldu və bu, sürətlə Avropaya yayıldı.

Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, Fransa, Almaniya və bir sıra Qərb dövlətlərində insanlar hər zaman polis zorakılığına məruz qalır, döyülür, həbs olunur. Nədənsə AŞPA bunları görmək istəmir.

Bəs AŞPA Fransa, Almaniyada və Qərb dövlətlərində baş verən polis zorakılığları ilə bağlı mövqe bildiribmi? 

“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb. 

AŞPA 2023-cü il oktyabrın 10-da “Fransanın Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsi” adlı 2512 (2023) saylı qətnamə qəbul edib. Qətnamədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 26 fevral 2019-cu ildə dərc etdiyi “Fransada “sarı jiletlilər” hərəkatı kontekstində ictimai asayişin və sərbəst toplaşmaq azadlığının qorunmasına dair” Memoranduma da istinad edilib və bildirilib ki, Fransada pensiya islahatına qarşı etirazlar fonunda ifadə və toplaşma azadlıqları narahatedici şərtlər altında həyata keçirilir. Bildirilib ki, Assambleya nümayişlər zamanı yaralananların sayının çox olmasından narahatdır.

“Təəssüflə bildiririk ki, rəsmi statistikada nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaralanan və ya öldürülən şəxslərin sayı və ya qanunsuz zorakılıq əməllərinə görə cəzalandırılan və ya cinayət məsuliyyətinə cəlb edilmiş bu cür məmurların sayı barədə dəqiq məlumat verilmir” – deyə AŞPA qətnaməsində vurğulanıb. 

Qətnamədə sarı jiletlilər hərəkatından 4 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də məhkəmələrin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilən zorakılıqlar haqqında qərarlar vermədiyi bildirilib. AŞPA Fransa hökümətini polis, hüquq mühafizə orqanlarında islahatlar aparmağa çağırıb

AŞPA-da 2014-cü ildə dərc olunan “Polisdə irqçiliklə mübarizə” adlı hesabatda Avropa ölkələrindəki polis orqanlarında irqçiliyin mövcud olduğu bildirilib. Hesabatın Fransaya aid hissəsində qeyd edilib ki, digər millətlərə mənsub şəxslərin vəsiqələrinin yoxlanılması zamanı polisin həddindən artıq güc tətbiq etdiyi iddiaları etirazlara səbəb olub. 

Almaniyaya aid hissəsində “Amnesty International” təşkilatına istinadən bildirilib ki, polisin pis rəfdarına dair faktlar var. Həmçinin bu hesabatda Avropadakı bir sıra digər ölkələrdə də polisin insanlara pis rəftar göstərdiyi bildirilib. AŞPA bu hesabat əsasında verilən eyni adlı 1968 saylı qərarda üzv ölkələri polis təşkilatlarında islahatlar aparmağa çağırıb. 

AŞPA-nın 2022-ci il aprelin 27-də qəbul etdiyi 2435 saylı “Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və əsassız güc tətbiqinə qarşı mübarizə və qarşısının alınması” adlı qərarda bildirilib ki, Corc Floydun ABŞ-da ölümü hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusən də Afrika əsilli insanlara və qaradərililərə qarşı qeyri-qanuni öldürücü güc tətbiqinə görə cəzasız qalmasına qarşı etiraz dalğasına səbəb oldu və bu, sürətlə Avropaya yayıldı. Qərarda vurğulanıb ki, bəzi hallarda polis əməkdaşları təxribatçı agentləri dinc nümayişlərə soxaraq və ya siyasi müxalifətin dinc mitinqlərini zorakılıqla dağıdaraq kütləvi iğtişaşlar törədiblər.

AŞPA üzv və müşahidəçi dövlətləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həddən artıq güc tətbiqinin qarşısını almağa, polis vəhşiliyi və həddindən artıq güc tətbiqi ilə bağlı cinayətlərə görə cəzasızlıqla mübarizə səylərini artırmağa, polis orqanlarında islahatlara çağırıb. 

AŞPA-nın bu qərarında istinad etdiyi hesabatında vurğulanıb ki, Fransa da polis gücündən həddindən artıq istifadə etdiyinə görə tənqidlərlə üzləşib. Nümunə olaraq göstərilib ki, 2016, 2018-ci illərdə nümayişlər zamanı polis qeyri-mütənasib güc tətbiq edib. 

Əlavə olunub ki, COVID-19 məhdudiyyətlərindən sonra Fransa, Almaniya, Avstriya, Hollandiya, İtaliya, Xorvatiya və digər ölkələrdə müntəzəm olaraq etiraz dalğaları baş verib. Qeyd olunub ki, onların bir çoxu polislə şiddətli toqquşmalara çevrilib.

Beləliklə, AŞPA Fransa, Almaniyada və Qərb dövlətlərində baş verən polis zorakılığları ilə bağlı mövqe bildirib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.

Yanlış
  • 29 Fevral, 2024
  • 1731

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə