logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış iddiası: ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri Tramp administrasiyası dövründə başlayıb

Deputatın yanlış iddiası: ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri Tramp administrasiyası dövründə başlayıb

Xəbərin qısa icmalı

Deputat Müşfiq Cəfərov iddia edib ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri Donald Tramp administrasiyası dövründə başlayıb.

- 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmalardan sonra Blinken Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edib. Bundan əlavə, 2023-cü ilin may və 2024-cü ilin iyul aylarında isə onun vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlər keçirilib. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda öz suverenliyini tam bərpa etməsi ilə nəticələnən hərbi əməliyyatlardan sonra dövlət katibi Blinken həm Bakı, həm də Yerevanla birbaşa təmas saxlayaraq gərginliyin artmaması üçün çağırışlar edib.

Deputat Müşfiq Cəfərov iddia edib ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri Donald Tramp administrasiyası dövründə başlayıb. “Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişiylə başladı”, - deyə o, “demokrat.az”a deyib.

Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

2-ci Qarabağ müharibəsi ABŞ-də 2020-ci il prezident seçkiləri ərəfəsində baş vermişdi və bu seçkilərdə Co Bayden qalib gəlmişdi. 

Co Bayden administrasiyası dövründə ABŞ dövlət katibi Antoni Blinken dəfələrlə AzərbaycanErmənistan rəhbərləri ilə telefon danışığı apararaq onları birbaşa dialoqa təşviq edib. 

2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmalardan sonra Blinken Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edib. Bundan əlavə, 2023-cü ilin may və 2024-cü ilin iyul aylarında isə onun vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlər keçirilib. Bu müzakirələrin əsas mövzusu sülh sazişinin layihəsi, sərhədlərin delimitasiyası və regional nəqliyyat yollarının açılması olub.

Bu müddətdə Vaşinqton iki ölkə arasında müstəqil vasitəçilik səyləri həyata keçirməklə birlikdə Avropa İttifaqının Azərbaycan-Ermənistan münaqişəsinə dair sülh təşəbbüslərini dəstəkləyib.

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda öz suverenliyini tam bərpa etməsi ilə nəticələnən hərbi əməliyyatlardan sonra dövlət katibi Blinken həm Bakı, həm də Yerevanla birbaşa təmas saxlayaraq gərginliyin artmaması üçün çağırışlar edib. 2024-cü ilin iyun və iyul aylarında isə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen AzərbaycanaErmənistana səfər edərək tərəfləri sülh sazişinin imzalanmasına təşviq edib və Vaşinqtonun bu prosesə dəstəyini nümayiş etdirib.

Bununla yanaşı, Azərbaycan-ABŞ münasibətlərində gərgin məqamlar da müşahidə olunub. 2023-cü ilin payızında Azərbaycan XİN BlinkenO’Brayenin bəyanatlarını sərt tənqid edərək ikitərəfli əlaqələrə zərbə kimi qiymətləndirib. Elə həmin ilin noyabrında Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Azərbaycan–Ermənistan xarici işlər nazirlərinin görüşündə Bakı iştirakdan imtina edib.

Nəticə etibarilə, ABŞ-ın Azərbaycan-Ermənistan sülh təşəbbüslərinin yalnız Trampın hakimiyyətə gəlməsindən sonra başladığına dair iddia faktlarla ziddiyyət təşkil edir. Bayden administrasiyası dövründə də ABŞ iki ölkə arasında sülh addımlarını dəstəkləyib, bu istiqamətdə addımlar atıb. Təşəbbüslərin faktiki olaraq sülh müqaviləsi ilə nəticələnməməsi, bu addımların atılmaması mənasına gəlmir.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Müşfiq Cəfərovun iddiası yanlışdır.

Yanlış
  • 18 Sentyabr, 2025
  • 21

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə