logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Yeni Azərbaycan” qəzeti: “The Economist” erməni lobbisinin sifarişi əsasında yazılar dərc edir

“Yeni Azərbaycan” qəzeti: “The Economist” erməni lobbisinin sifarişi əsasında yazılar dərc edir

Xəbərin qısa icmalı

Hakim Yeni Azərbaycan Partiyasına məxsus "Yeni Azərbaycan" qəzetində yer alan məqalədə iddia edilir ki, “The Economist” nəşri erməni lobbisinin sifarişi əsasında yazılar dərc edən mətbu orqanlardan biridir. Məqalədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu mətbu orqanında dərc olunan yazısına istinad edilir. 

“The Economist Group”un mülkiyyəti jurnalı xarici təsirlərdən qorumaq üçün yaradılmış fond tərəfindən idarə olunur. Bu mülkiyyət strukturu sayəsində nə erməni, nə də digər bir lobbi jurnalın məzmununa təsir edə bilməz. Redaksiya qərarlarının yalnız dəqiqlik, ədalət və balans prinsiplərinə əsaslanaraq verilməsini təmin edən bu fond sayəsində sayəsində nə erməni, nə də digər bir lobbi jurnalın məzmununa təsir edə bilmir. "The Economist" jurnalının redaksiya siyasəti sərbəst bazar, demokratik idarəetmə və hüququn aliliyi prinsiplərinə sadiqlik üzərində qurulub. Bu dəyərləri rəhbər tutmayan bir çox ölkələrin hökumətləri jurnalı tənqid ediblər. 

Hakim Yeni Azərbaycan Partiyasına məxsus "Yeni Azərbaycan" qəzetində yer alan məqalədə iddia edilir ki, “The Economist” nəşri erməni lobbisinin sifarişi əsasında yazılar dərc edən mətbu orqanlardan biridir. Məqalədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu mətbu orqanında dərc olunan yazısına istinad edilir. 

Fakt Yoxla” xəbəri təhlil etmək qərarına gəlib. 

“Yeni Azərbaycan” qəzetinin bu iddiası "The Economist" jurnalının 180 ildən çoxdur ki, qoruyub saxladığı jurnalistika prinsiplərini heçə sayır.

1843-cü ildə təsis olunan "The Economist" beynəlxalq münasibətlər, iqtisadiyyat və siyasət sahəsində dünyanın aparıcı nəşrlərindən biridir. Jurnal araşdırmalar və qərəzsiz xəbərçilik fəaliyyəti ilə tanınır. Jurnalın əsas gücü onun redaksiya müstəqilliyindədir. “The Economist Group”un mülkiyyəti jurnalı xarici təsirlərdən qorumaq üçün yaradılmış fond tərəfindən idarə olunur. Bu mülkiyyət strukturu sayəsində nə erməni, nə də digər bir lobbi jurnalın məzmununa təsir edə bilməz. Redaksiya qərarlarının yalnız dəqiqlik, ədalət və balans prinsiplərinə əsaslanaraq verilməsini təmin edən bu fond sayəsində sayəsində nə erməni, nə də digər bir lobbi jurnalın məzmununa təsir edə bilmir. "The Economist" jurnalının redaksiya siyasəti sərbəst bazar, demokratik idarəetmə və hüququn aliliyi prinsiplərinə sadiqlik üzərində qurulub. Bu dəyərləri rəhbər tutmayan bir çox ölkələrin hökumətləri jurnalı tənqid ediblər. 

"The Economist" müstəqilliyini təmin edən güclü maliyyə modelinə malikdir. Məlumatlara əsasən, jurnalın gəliri əsasən abunəliklər, reklamlar və rəqəmsal xidmətlərdən əldə edilir. 2021-ci ildə jurnalın gəliri təxminən 346 milyon funt sterlinq olub, həftəlik tirajı isə 1 milyon nüsxəni keçib. Bu maliyyə modeli siyasi qruplardan gələn ianələrə deyil, geniş izləyici kütləsinə əsaslanır ki, bu da jurnalı hər hansı xarici təsirdən qoruyur.

"The Economist" redaksiya siyasəti dəvətli müəlliflərin yazılarının dərc edilməsi üçün də ciddi qaydalar müəyyən edir. Məsələn, Əli Kərimli tərəfindən yazılmış məqalə dəvətlə yazılan (by invitation) məqalələr bölməsində dərc olunub ki, bu da məqalənin redaksiya heyətinin mövqeyini deyil, müəllifin rəyi olduğunu göstərir. Bundan başqa, jurnalın məqalələri bir çox halda beynəlxalq jurnalistlər qrupu tərəfindən hazırlanır ki, bu da nəşrin regional və ya milli maraqlardan asılı olma ehtimalını daha da azaldır.

Yeri gəlmişkən, Qərb mediasına qarşı aparılan bu böhtan kampaniyası Azərbaycanda daha geniş bir tendensiyanın tərkib hissəsidir. COP29 ərəfəsində ölkə daxilində anti-Qərb ritorikası və Qərb mediasına qarşı kampaniyalar artıb. Qərb mediasını qərəzli və ya kənar təsir altında olmaqda ittiham etmək geniş vüsət alıb. Bu tendensiya Qərb mediasını nüfuzdan salmaq və onların xəbərlərini etibarsızlaşdırmaq məqsədi ilə həyata keçirilən strategiyaya uyğundur.

Beynəlxalq hesabatlarda belə qaralama kampaniyalarının avtoritar rejimlərə sahib ölkələrə xas olduğu qeyd olunur. Məsələn, "Freedom House" təşkilatının mətbuat azadlığına dair hesabatında dəfələrlə vurğulanıb ki, avtoritar rejimlərdə media dövlətin daimi təzyiqi altında qalır. Azərbaycanda mətbuat azadlığı ciddi bir problem olaraq qalır və dövlətə məxsus media orqanları müstəqil və ya xarici medianı qərəzli olmaqda ittiham edir. Xüsusən dövlətin beynəlxalq tənqid altında olduğu zamanlarda, məsələn, COP29 kimi böyük qlobal konfranslar ərəfəsində bu taktikadan geniş istifadə olunur.

"Sərhədsiz Reportyorlar " (RSF) və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) kimi təşkilatların hesabatları Azərbaycanda sərbəst medianın təzyiqlə üzləşdiyini vurğulayır. Bu təşkilatlar qeyd edirlər ki, Qərb mediasını nüfuzdan salmaq taktikası Azərbaycanın daxili siyasəti, xüsusilə insan hüquqları ilə bağlı tənqidi rəyləri qabaqlamaq məqsədi ilə istifadə edilir.

Nəticə etibarilə, faktlarla dəyərləndirildikdə "The Economist"ə qarşı irəli sürülən iddiaların anti-Qərb dezinformasiyası olduğu görünür. Bu iddialar Qərb mediasını nüfuzdan salmaq məqsədilə həyata keçirilən böhtan kampaniyasının tərkib hissəsi kimi başa düşülməlidir.

Anti-qərb dezinformasiyası
  • 14 Noyabr, 2024
  • 682

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə