logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Laçında kaftar görünüb

Saxta xəbər: Laçında kaftar görünüb

Xəbərin qısa icmalı

Sosial şəbəkələrdə Laçında kaftar görünməsi ilə bağlı videolar yayılıb. “Tiktok”-da və “Facebook”-da müxtəlif hesablardan paylaşılan video ümumilikdə 100 minlərlə izləmə toplayıb.

- Video Türkiyəli təbiət bloggeri Doğanay Vurala məxsusdur və “Youtube” platformasına 3 il əvvəl yüklənib. Video Türkiyənin cənub-şərqində, Fərat çayının yaxınlığındakı mağarada qeydə alınıb.

Sosial şəbəkələrdə Laçında kaftar görünməsi ilə bağlı videolar yayılıb. “Tiktok”-da və “Facebook”-da müxtəlif hesablardan paylaşılan video ümumilikdə 100 minlərlə izləmə toplayıb.

 

Skrinşot “Azerbaijan-Azerbaycan” səhifəsindən götürülüb

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Axtarma motorları vasitəsilə araşdırdıqda məlum olur ki, video Türkiyəli təbiət bloggeri Doğanay Vurala məxsusdur və “Youtube” platformasına 3 il əvvəl yüklənib. Video Türkiyənin cənub-şərqində, Fərat çayının yaxınlığındakı mağarada qeydə alınıb. Videodakı canlı zolaqlı kaftardır (lat. Hyaena hyaena) və Azərbaycanın Qırmızı Kitabında (3-cü nəşr, 2023) əsrimizdə cəmi 3 dəfə izinə rast gəlindiyi qeyd olunur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, videonun Laçında qeydə alınması xəbəri saxtadır.

Saxta xəbər
  • 23 Sentyabr, 2025
  • 62

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə