logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Hərbçiyə aid olduğu iddia edilən skelet real deyil

Hərbçiyə aid olduğu iddia edilən skelet real deyil

Xəbərin qısa icmalı

Feysbuk sosial şəbəbəkəsində hərbçiyə aid olduğu iddia edilən skeletin fotosu yayılıb.

- Ancaq foto real deyil.  Foto 2017-ci ildə Dilip Sarkar adlı müəllif tərəfindən hazırlanmış diorama (tarixi hadisə və ya təbiət mənzərəsini gerçək kimi göstərən maket) modelidir. 

Feysbuk sosial şəbəbəkəsində hərbçiyə aid olduğu iddia edilən skeletin fotosu yayılıb.

“Müharibə çoxdan bitib, hamı qələbəni bayram edib. amma bu qərib əsgər unudulmuş qaldı, kim olduğu heç zaman bilinmədi”, - 800 dən çox istifadəçi tərəfindən reaksiya bildirilən paylaşımda belə deyilir. 

Skrinşot Osman Eminov adlı feysbuk hesabından götürülüb

Şərh yazan bir çox istifadəçi fotonun real olduğunu düşünüb. Fotonu paylaşan istifadəçi şərhlərdə hərbçi skeletinin İkinci Dünya müharibəsindən qaldığını iddia edib.

Skrinşot Osman Eminov adlı feysbuk hesabından götürülüb

Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Fotoda kiçik təpə arxasında hərbi geyimin elementləri (papaq, ayaqqabı, çanta) olan şəxsin skeleti, skeletin yanında isə silah görünür.

Ancaq foto real deyil.  Foto 2017-ci ildə Dilip Sarkar adlı müəllif tərəfindən hazırlanmış diorama (tarixi hadisə və ya təbiət mənzərəsini gerçək kimi göstərən maket) modelidir. 

Sarkar həmin modeli Military Modelling jurnalında “Missing in Action – Rest in Peace?” başlıqlı məqaləsində təqdim edib. Modelin hazırlanmasında “Airfix” şirkətinin 1/6 ölçülü skeleti istifadə olunub.