logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

İctimai TV yanlış görüntülərdən istifadə edib

İctimai TV yanlış görüntülərdən istifadə edib

Xəbərin qısa icmalı

Avqustun 30-da Norveçdə torpaq sürüşməsi halı qeydə alınıb. Sürüşmə səbəbindən bəzi yolların bir müddət bağlı qala biləcəyi elan edilib. İctimai TV Norveçdə baş verən təbii fəlakətə aid olduğunu iddia etdiyi görüntülər paylaşıb. TV-nin telegram kanalının paylaşımında görüntülərin son torpaq sürüşməsinə aid olduğu bildirilib. 

Görüntüləri axtardıqda videonun ilk dəfə 2020-ci ildə yayımlandığı üzə çıxır. İngiltərə mərkəzli “The Telegraph” nəşrinin məlumatına görə, həmin il Alta şəhərində baş verən torpaq sürüşməsi nəticəsində Şimal Buzlu Okeanı sahillərində yerləşən 8 ev dənizə axıb. İctimai TV-nin yeni kimi təqdim etdiyi görüntülər əslində 5 il əvvələ aiddir.

Avqustun 30-da Norveçdə torpaq sürüşməsi halı qeydə alınıb. Sürüşmə səbəbindən bəzi yolların bir müddət bağlı qala biləcəyi elan edilib. İctimai TV Norveçdə baş verən təbii fəlakətə aid olduğunu iddia etdiyi görüntülər paylaşıb. TV-nin telegram kanalının paylaşımında görüntülərin son torpaq sürüşməsinə aid olduğu bildirilib. 

Fakt Yoxla” bu görüntülərin doğru olub-olmadığını yoxlayıb.

Skrinşot “İctimai TV” teleqram kanalından götürülüb

Görüntüləri tərsinə axtardıqda videonun ilk dəfə 2020-ci ildə yayımlandığı üzə çıxır. İngiltərə mərkəzli “The Telegraph” nəşrinin məlumatına görə, həmin il Alta şəhərində baş verən torpaq sürüşməsi nəticəsində Şimal Buzlu Okeanı sahillərində yerləşən 8 ev dənizə axıb. İctimai TV-nin yeni kimi təqdim etdiyi görüntülər əslində 5 il əvvələ aiddir.

Skrinşot The Telegraph yutub kanalından götürülüb

Hadisə Jan Egil Bakkedal adlı yerli sakin tərəfindən lentə alınıb. İctimai TV-nin paylaşdığı kadrların isə həmin videonun yaxınlaşdırılmış və kənarları kəsilmiş versiyasıdır.

Bir neçə gün əvvəl baş verən hadisəyə aid real görüntülərdə isə sadəcə yolun çökməsi əks olunub.

Foto “RNZ” mediadan götürülüb

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Norveçdə təbii fəlakət kimi təqdim olunan bu görüntülər yeni deyil və 2020-ci ilə aiddir.

Saxta xəbər
  • 22 Sentyabr, 2025
  • 39

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə