logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Sputnik.az”: “Moskva heç kimi təhdid etmir”

“Sputnik.az”: “Moskva heç kimi təhdid etmir”

Sputnik.az” saytında dərc olunan məqaləsində müəllif Aleksandr Xrolenko yazır ki, Moskva heç kimi təhdid etmir: “Bununla belə, hərbi fəallığın artması və NATO-nun daha da genişlənməsi Vaşinqton və Brüsseli yer üzündən silməyə qadir olan Rusiya ilə müharibəyə aparan birbaşa yoldur. Kollektiv Qərblə Rusiya Federasiyası arasında münaqişə bütün planet üçün təhlükəlidir”.

“Fakt Yoxla” iddianı yoxlayıb.

2021-ci ilin yazında Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə cəmləşməsi haqda məlumat yayılmağa başladı. 

2021-ci ilin payızında isə Rusiya-Ukrayna sərhədində Rusiya qoşunlarının toplandığı məlum oldu.

Dekabr ayında Rusiya ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı anlaşma mətni təqdim etdi. 

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı iki sazişə əsasən tərəflər təhlükəsizlik sahəsində fərdi, yaxud beynəlxalq təşkilat, hərbi ittifaq və ya koalisiya çərçivəsində digər tərəfin köklü təhlükəsizlik maraqlarını pozacaq tədbirlər həyata keçirməyəcək. 

Eyni zamanda, ABŞ NATO-nun şərqə doğru genişlənməsinə son qoymaq, əvvəl SSRİ-nin tərkibində olmuş ölkələrin ittifaqa qəbulundan imtina etmək və onların ərazisində hərbi bazalar yaratmamaq, bu ölkələrin infrastrukturundan istənilən hərbi fəaliyyət üçün istifadə etməmək və ümumiyyətlə, həmin dövlətlərlə ikitərəfli hərbi əməkdaşlığı inkişaf etdirməmək barədə öhdəlik götürməlidir.

Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”-yə müsahibəsində bildirdi: “Əgər Qərb vaxtında konstruktiv cavab verməsə, Rusiya strateji tarazlığı təmin etmək və təhlükəsizliyimiz üçün qəbuledilməz təhdidləri aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görməyə məcbur olacaq”.

Beləliklə, Rusiyanın 2021-ci il boyunca ordusunu Ukrayna ilə sərhədə toplaması, daha sonra isə ABŞ və NATO qarşısında bir sıra tələblər qoyması, Rusiya-Qərb münasibətlərində Moskvanın təhdid edən tərəf kimi çıxış etdiyini göstərir. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, iddia propaqandadır

Propaqanda
  • 28 Mart, 2022
  • 2011

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə