logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta foto: Nəbatat bağının süni intellektlə hazırlanmış fotosu

Saxta foto: Nəbatat bağının süni intellektlə hazırlanmış fotosu

Xəbərin qısa icmalı

- “Facebook” sosial şəbəkəsində “Azerbaijan Art & Architecture” adlı hesabın paylaşdığı və Nəbatat bağı olduğu iddia etdiyi foto süni intellekt ilə hazırlanıb. 

- Nəbatat bağının real şəkilləri ilə paylaşılan foto arasında fərqlilik mövcuddur

- Onlayn alətlər də fotonun süni intellekt ilə hazırlandığını təsdiqləyir

“Facebook” sosial şəbəkəsində “Azerbaijan Art & Architecture” adlı hesabın paylaşdığı və Nəbatat bağı olduğu iddia etdiyi foto mindən çox bəyənmə toplayıb.

Mənbə: “Azerbaijan Art & Architecture” adlı feysbuk hesabı 

"Fakt Yoxla" görüntünün doğru olub-olmadığını yoxlayıb.

Paylaşılan şəkil ilə “Google”un təqdim etdiyi peyk görüntüləri üst-üstə düşmür:

Mənbə: Google Maps

Məsələn, Alov qüllələrinin arasında və onları əhatə edən sıx yaşıllıq peyk görüntülərindəki gerçəkliyi əks etdirmir.

Paylaşılan fotodakı göl ilə Botanika bağındakı gölün gerçək görüntüləri üst-üstə düşmür:

Mənbə: yenicag.az 

Həmçinin, onlayn süni intellekt detektoru olan “thehive.ai” platformasına əsasən, görüntü 100% süni intellekt aləti vasitəsilə hazırlanıb:

Mənbə: thehive.ai 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Nəbatat bağı olduğu iddia edilən şəkil saxtadır.


 

Saxta xəbər
  • 4 Dekabr, 2025
  • 432

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə