Yeni Müsavatın saxta xəbəri: İndoneziyada oğrular “skoçlanıb”
Yeni Müsavat xəbər verib ki ki, İndoneziyada davamlı oğurluq hadisələrindən bezən ev sahibi və qonşuları oğruları tutaraq “skoçlayıblar”.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə xəbər saxtadır.
Bu hadisə ümumiyyətlə baş verməyib
Baxmayaraq ki, görüntülər süni zəka vasitəsilə düzəldilməyib, görüntülərin tutulmuş oğruları əks etdirməsi xəbəri doğru deyil. Bu kadrlar “YouTube” platformasında əyləncəli məzmunlar hazırlayan “Betra TV” tərəfindən hazırlanıb. Kanalın canlı videolar bölməsində bəhsedilən videonu görmək olar.
Videoda görünən aktyorlardan biri Syahroni Məhəmməd “Detik News” bildirib ki, videonun oğruların saxlanması ilə heç bir əlaqəsi yoxdur və dostları ilə birlikdə bu videonu əyləncə məqsədi ilə çəkiblər. Videonun çəkilmə səbəbi izləyicilərdən birinin bunu istəməsi olub.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə xəbər saxtadır.