Sosial mediada paylaşılan videoda iddia edilir ki, İspaniya millisinin futbolçusu Mark Kukureyya Dünya Çempionatı kubokunu sellofan zənbildə aparıb. “Unikal.az”, “Bakivaxti.az” və digər media qurumları videonu sosial media hesablarında dərc ediblər.
Lakin görüntülər real olsa da, xəbər saxtadır. Belə ki, Argentina-İspaniya final matçından sonra paltardəyişmə otağından çəkilən görüntülərdən də görünür ki, dünya kubokunun bir neçə replikası var.
Fotolar “Diario As” yutub kanalından götürülüb
Bundan əlavə İspaniya millisinin futbolçuları stadionu tərk edərkən başqa bir replikanı da sellofan paketdə aparıblar.
Foto “News.com.au” yutub kanalından götürülüb
FIFA dünya kubokunu qalib ölkəyə vermir
FIFA orijinal dünya kubokunu qalib ölkələrə vermir. Əsl kubok İsveçrədə, Zürihdə saxlanılır. Qalib ölkəyə kubokun qızılla örtülmüş replikası verilir. İspaniya millisi stadionu tərk edərkən millinin kaptianı Rodrinin əlində görünən kubok güman ki, kubokun FIFA tərəfindən verilən qızılla örtülmüş replikasıdır.
Foto “News.com.au” yutub kanalından götürülüb
Beləliklə, İspaniya millisinin futbolçusu Mark Cucurellanın dünya kubokunu sellofan paketdə aparması xəbəri saxtadır.
Qeyd: Xəbərdəki bütün vizual elementlər süni intellekt vasitəsilə hazırlanıb.