“Facebook” platformasında fəaliyyət göstərən “İdman.Biz” səhifəsi məşhur porno-ulduz Mia Khalifanın dünya çempionatı matçında iştirak etdiyini göstərən foto dərc edib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə foto saxtadır.
Görüntülər süni intellekt vasitəsilə yaradılıb
Mia Khalifa özü fotonun real olmadığını, süni intellektlə yaradıldığını bildirib.
Mia Khalifanın dünya çempionatı matçından olduğu iddia edilən görüntüsü “İdman.Biz” səhifəsində foto formatında paylaşılsa da, görüntü sosial mediada həm də video formatında dərc edilib. İki görüntünün müqayisəsi göstərir ki, “Facebook” səhifəsində dərc edilən foto video formatda dərc edilən görüntülərdən götürülüb. Məsələn, hər iki görüntüdə görünən şəxslərin geyimləri eynidir (şəkil 1).
Şəkil 1
Video formatda dərc edilən görüntülərdən məlum olur ki, görüntülər ABŞ-Paraqvay oyununun 5:53-cü dəqiqəsində çəkilib. Halbuki, oyunun həmin vaxtında hesab 2-0 deyil, 0-0 olub. Oyunun 5:53 saniyəsində ümumiyyətlə azarkeşlər göstərilməyib, yalnız oyun meydançası kadrlarda görünüb. Həmçinin, video görüntülərdən görünür ki, kadrlar davam etsə də, oyun vaxtı hərəkət etmədən 5:53-cü saniyədə dayanıb (şəkil 2).
Şəkil 2
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə foto süni intellektlə düzəldilib və saxtadır.
Qeyd: Məqalədə istifadə edilən qrafik elementlər süni intellekt vasitəsilə düzəldilib.