Son dövrlərdə azyaşlılar arasında baş verən cinayət halları cəmiyyətdə müzakirələrə səbəb olur. “Oxu.az” saytının 19 oktyabr tarixində dərc etdiyi xəbərdə son dövrlərdə yeniyetmələr arasında cinayət hallarının artıdığı bildirilir: “Son zamanlar yeniyetmələr arasında cinayət hallarının artımı müşahidə edilir”
"Fakt Yoxla" yeniyetmələr arasında cinayət hallarının artması iddiasının doğru olub-olmadığını yoxlayıb.
Dövlət Statistika Komitəsinin son 10 ildə 14-17 yaşda olan şəxslər tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlər haqqında statistikası göstərir ki, yeniyetmələr arasında cinayət halları artmayıb, əksinə, azalıb:
Mənbə: Dövlət Statistika Komitəsi
Cinayət törətmiş 14-17 yaşda olan uşaqların sayının cinayət törətmiş şəxslərin ümumi sayında faizlə xüsusi çəkisində də azalma olub. Belə ki, bu göstərici 2015-ci ildə 2.9% olmuşdusa, 2020-ci ildə 2.2%-ə, 2024-cü ildə isə 2.1%-ə enib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, son dövrlərdə yeniyetmələr arasında cinayət hallarının artması ilə bağlı yayımlanmış xəbər yanlışdır.