logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta görüntü: Tehranda “Qələbə bayramı” keçirilib

Saxta görüntü: Tehranda “Qələbə bayramı” keçirilib

Xəbərin qısa icmalı

“Şedevr” kanalı Tehranda xalqın qələbə nümayişlərini göstərdiyini iddia edən video təqdim edib.

“Fakt Yoxla”nın araşdırması nəticəsində məlum olub ki, kadrlar 3 il öncəyə aiddir. 2022-ci ilin aprelində qeydə alınmış video İranda keçirilən Qüds günü ilə bağlıdır.

Yerli media İran-İsrail hərbi toqquşmasına dair müxtəlif saxta materiallar dərc edib. “Fakt Yoxla” bu mövzuda bir neçə görüntünü əvvəllər də araşdırmışdı. Saxta xəbərlər, görüntülər müharibə bitdikdən sonra da davam edib. Növbəti belə xəbəri “Şedevr” kanalı paylaşıb. Səhifə Tehranda xalqın qələbə nümayişlərini göstərdiyini iddia edən video təqdim edib.

“Tədbir İran-İsrail qarşıdurmasının nəticəsi ilə bağlıdır. İran hökuməti qələbə qazandığını elan edib”, - açıqlamada bildirilib.

“Fakt Yoxla” görüntülərin doğru olub-olmadığını yoxlayıb.

İyunu 24-də atəşkəslə yekunlaşan İran və İsrail arasındakı döyüşlərin nəticələri həqiqətən də İranın müxtəlif yerlərində qələbə kimi qeyd olunub. “Şedevr” səhifəsi də Tehranda qələbə nümayişlərini göstərdiyini iddia edən video dərc edib. Xəbərdə İran-İsrail qarşıdurmasının nəticəsi ilə bağlı olduğu bildirilib.

Skrinşot “shedevr.1” instaqram hesabından götürülüb

“Fakt Yoxla”nın araşdırması nəticəsində məlum olub ki, kadrlar 3 il öncəyə aiddir. 2022-ci ilin aprelində qeydə alınmış video İranda keçirilən Qüds günü ilə bağlıdır. Tədbir 1979-cu ildən bəri fələstinlilərə dəstək məqsədilə qeyd olunur və hər il Ramazan ayının sonuncu cümə günü baş tutur. Təqdim olunmuş videonun isə hər hansı “Qələbə bayramı”na aidiyyəti yoxdur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, video saxtadır və 3 il əvvələ aid görüntülərdir.

Saxta xəbər
  • 16 İyul, 2025
  • 65

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə