logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta foto: İsrail casusu İran raketinə bağlanıb

Saxta foto: İsrail casusu İran raketinə bağlanıb

Xəbərin qısa icmalı

-  İsraillə İran arasında toqquşmanın davam etdiyi günlərdə Azərbaycan mətbuatında İranın İsrail casusunu raketə bağladığını iddia edən foto paylaşılıb. 

- Fotoda əli-qolu, ayaqları iplə stula bağlanmış bir kişi və yanında üzərində İran bayrağı olan raket görünür. Amma foto real deyil.

- “Fakt Yoxla” sözügedən “casus fotosu”nu süni intelleklə yaradılan elementləri aşkarlayan platformalarda yoxlayıb və fotonun 99 faiz süni intellektlə yaradıldığını müəyyən edib.

İsrailin iyunun 13-də İrana hücumundan sonra 12 gün davam edən toqquşma zamanı ölkələr bir-birinin şəhərlərinə hücum ediblər. İyunun 24-də İsraillə İran arasında atəşkəs barədə razılıq əldə edilib.

Toqquşmanın davam etdiyi günlərdə Azərbaycan mətbuatında İranın İsrail casusunu raketə bağladığını iddia edən foto paylaşılıb. 

Skrinşot “musavat.com”dan götürülüb

“Şəkildəki əli-qolu, ayaqları kəndirlə sarınmış kişinin İsrail casusu olduğu iddia edilir. Adamın təkcə əl-qolunu, ayaqlarını sarımayıblar, həm də onu uçuşa hazır vəziyyətə gətirilmiş raketin quyruğuna bağlayıblar. İddia belədir ki, onu bu vəsilə ilə Təl-Əvivə və ya Hayfaya göndərmək, “casusunuza yiyə durun, özünüzə qaytarırıq” demək istəyirlər”, - foto ilə bağlı “musavat.com”da dərc edilən məqalədə belə deyilir. 

Eyni foto “yenisabah.az”, “ajans.az”, “moderator.az” və digər saytlarda, həmçinin yutub kanallarındasosial şəbəkədə paylaşılıb. 

Skrinşot “MediaTurkTv” yutub kanalından götürülüb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Fotoda əli-qolu, ayaqları iplə stula bağlanmış bir kişi və yanında üzərində İran bayrağı olan raket görünür. Amma foto real deyil.

Raketin üzərindəki İran bayrağının embleminin düzgün olmaması, stulun ayaqlarının əyri olması, iplərin düzülüşü və sair kimi qeyri-dəqiq elementlər fotonun həqiqi olmadığını göstərir. 

Həmçinin, “Fakt Yoxla” sözügedən “casus fotosu”nu süni intelleklə yaradılan elementləri aşkarlayan platformalarda yoxlayıb və fotonun 99 faiz süni intellektlə yaradıldığını müəyyən edib.

Foto “newschecker.in” saytından götürülüb

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, raketə bağlanan İsrail casusunun fotosunun həqiqi olması barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 24 İyul, 2025
  • 83

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə