logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Pakistan-İran sərhədində çəkilən görüntülər yeni deyil

Pakistan-İran sərhədində çəkilən görüntülər yeni deyil

Xəbərin qısa icmalı

- İran-İsrail arasında hərbi toqquşmanın davam etdiyi bir vaxtda bir sıra yerli xəbər saytları, teleqram kanalları və sosial media hesabları İsrailin hücumlarından sonra İran vətəndaşlarının Pakistan sərhəddini keçərək qaçdıqlarını göstərdiyini iddia edən görüntülər paylaşıb.

- Yayılan kadrlarda insanların kütləvi şəkildə Pakistanın sərhəd qapılarından keçdiyi görünür. Lakin video köhnədir və İsraillə İran arasındakı son toqquşmaya aid deyil. Belə ki, görüntülər bundan əvvəl 2024-cü ilin avqust ayında sosial mediada paylaşılıb.

İsrailin iyunun 13-də İrana hücum etməsindən sonra iki ölkə arasında münaqişə gərginləşib, hər iki tərəfdən ölən və yaralananlar var.

Toqquşmanın davam etdiyi bir vaxtda bir sıra yerli xəbər saytları, teleqram kanalları və sosial media hesabları İsrailin hücumlarından sonra İran vətəndaşlarının Pakistan sərhəddini keçərək qaçdıqlarını göstərdiyini iddia edən görüntülər paylaşıb.

Görüntüləri “Şəbəkə”, “Axar.az”, “azvision.az”, “Insanoid”, “Azad İran” kimi minlərlə izləyicisi olan teleqram kanalları, bir sıra xəbər saytları paylaşıb. 

Skrinşot “axar.az”ın teleqram kanalından götürülüb.

Videonu “sfera.az”ın feysbuk səhifəsində, “medianewsaz” instaqram səhifəsində, həmçinin TikTok-da görmək mümkündür.

 

Skrinşot “sfera.az”ın feysbuk səhifəsindən götürülüb

Fakt Yoxla” iddianın doğru olub olmadığını yoxlayıb.

Pakistan İsrailin hücumundan sonra İranla sərhəddi qeyri-müəyyən müddətə bağlayıb. “Beş rayonda - Çaqi, Vaşuk, Pəncqur, Keç və Qvadarda sərhəd obyektlərinin fəaliyyəti dayandırılıb”, - İranla həmsərhəd olan Bəlucistan əyalətinin məmuru Qadir Baxş Pirkani AFP-yə deyib.

Yayılan kadrlarda insanların kütləvi şəkildə Pakistanın sərhəd qapılarından keçdiyi görünür. Lakin video köhnədir və İsraillə İran arasındakı son toqquşmaya aid deyil. 

Belə ki, görüntülər bundan əvvəl 2024-cü ilin avqust ayında sosial mediada paylaşılıb.

Skrinşot “Ashura Network” feysbuk səhifəsindən götürülüb.

Ancaq videonun dəqiq nə vaxt çəkildiyini müəyyən etmək mümkün olmayıb. Videonun üzərində və açıqlama hissəsində yazılanlardan ehtimal etmək olar ki, bu şəxslər İrana dini ziyarət üçün gələn pakistanlılardır. 

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Pakistan-İran sərhədində çəkilən görüntülərin İsrail və İran arasında son toqquşma ərəfəsində çəkilməsi barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 25 İyun, 2025
  • 38

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə