logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Makronun istefasının tələb edildiyi görüntülər yeni deyil

Makronun istefasının tələb edildiyi görüntülər yeni deyil

Xəbərin qısa icmalı

Sentyabrın 4-də “musavat.com” və “news24.az” saytları Fransanın paytaxtı Parisdə sakinlərin prezident Emmonuel Makronun istefasını tələb etdiyini iddia edən görüntülər yayıb.

- Parisdə Fransa Prezidenti Emmaunel Makronun istefasının tələb edildiyi video  2023-cü ilin mart ayında tvitterdə (hazırda “X”) “mateo_tao” adlı hesab tərəfindən paylaşılıb. 

Sentyabrın 4-də “musavat.com” və “news24.az” saytları Fransanın paytaxtı Parisdə sakinlərin prezident Emmonuel Makronun istefasını tələb etdiyini iddia edən görüntülər yayıb.

“Parisdə artıq ikinci axşamdır ki, nümayişçilər Fransa prezidentinin vəzifəsini tərk etməsini tələb edən etiraz aksiyaları keçirirlər”, - “musavat.com”un xəbərində belə deyilir.

Skrinşot “musavat.com” saytından götürülüb.

 Oxşar video “RTV” adlı “Youtube” kanalında da paylaşılıb.

Skrinşot “RTV” adlı “Youtube” kanalından  götürülüb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Parisdə Fransa Prezidenti Emmaunel Makronun istefasının tələb edildiyi video yeni deyil. Daha əvvəl 2023-cü ilin mart ayında tvitterdə (hazırda “X”) “mateo_tao” adlı hesab tərəfindən paylaşılan görüntülərdə Makronun “Parisdə bütün nümayişləri qadağan etdiyi”, buna baxmayaraq “etirazçıların Fransa prezidentinin istefasını tələb etdiyi” iddia edilir.

Skrinşot “mateo_tao” adlı “X” hesabından götürülüb.

2023-cü ilin mart ayında pensiya islahatlarına etiraz olaraq Fransanın bir neçə şəhərində etiraz aksiyası keçirilib. Aksiyalar zamanı həbs edilənlər, yaralananlar olub.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə video görüntülər saxtadır.

Saxta
  • 7 Sentyabr, 2023
  • 215

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə