“Qafqazinfo” saytı xəbər verib ki, “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayron məşhur rok qrupu “Coldplay”in konsertində çəkilən görüntüsü ilə bağlı üzr istəyib: “İnternetdə yayılan həmin anı və bunun yaratdığı məyusluğu etiraf etmək istəyirəm. Həyat yoldaşımdan, ailəmdən və “Astronomer”dəki komandamdan səmimi qəlbdən üzr istəyirəm. Siz bir tərəfdaş, bir ata və bir lider olaraq məndən daha yaxşısına layiqsiniz”.
"Fakt Yoxla" xəbərin doğru olub-olmadığını yoxlayıb.
Nyu-Yorkda yerləşən “Astronomer” şirkəti ABŞ-nin “Nyu-York Post” qəzetinə açıqlamasında sosial şəbəkələrdə yayılan və Endi Bayron tərəfindən yazıldığı iddia olunan açıqlamanın saxta olduğunu bildirib.
Sosial şəbəkələrdə yayılan saxta açıqlama
Mənbə: Nyu-York Post
Saxta xəbər ilk dəfə “X” platformasında “Peter Enis” adlı cəmi 50 izləyicisi olan istifadəçi tərəfindən yayılıb. Hesabın istifadəçi adına “CBS News” sözü əlavə edilib ki, bu da daha saxta xəbərin daha çox şəxsə çatmasına yönəlib.
Mənbə: Unilaid
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Qafqazinfo”nun “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayronun üzr istəməsi ilə bağlı xəbəri saxtadır.