logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Xalq Qəzeti”nin saxta xəbəri: Fransa Korsika dilini qadağan edib?

“Xalq Qəzeti”nin saxta xəbəri: Fransa Korsika dilini qadağan edib?

Xəbərin qısa icmalı

“Xalq Qəzeti”nin dərc etdiyi xəbərdə Fransanın Korsika dilinə və milli simvollarına qadağa qoyduğu bildirilib.

1796-cı ildən Fransanın bir hissəsi olan Korsikada əhalinin müntəzəm ünsiyyət vasitəsi Korsika dili olsa da, rəsmi dil fransızcadır. İddianın əksinə, rəsmi Paris Korsika dilini qadağan etməyib. Fransa Konstitusiyası Korsika dilinin mədəni və təhsil statusunu tanıyır. Konstitusiyanın 75.1-ci maddəsinə əsasən, digər region dilləri də Fransanın irsi hesab olunur, 312.10-cu maddəsinə əsasən, həmin dillərin təbliğ olunması və təhsildə istifadəsi qəbul edilib

Yerli mediada tez-tez Fransanın yerli xalqları assimilyasiya etdiyini bildirən iddialara rast gəlinir. “Xalq Qəzeti”nin dərc etdiyi növbəti xəbərdə Fransanın Korsika dilinə və milli simvollarına qadağa qoyduğu bildirilib:

“Hazırda rəsmi Paris korsikalılara qarşı sistemli assimilyasiya siyasəti həyata keçirir. Yerli dil qadağan edilib…İnsanlar ana dilində danışdığı üçün işdən çıxarılır, milli simvollar qadağan edilir”, - deyə sayt qeyd edib. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

1796-cı ildən Fransanın bir hissəsi olan Korsikada əhalinin müntəzəm ünsiyyət vasitəsi Korsika dili olsa da, rəsmi dil fransızcadır.

İddianın əksinə, rəsmi Paris Korsika dilini qadağan etməyib. Fransa Konstitusiyası Korsika dilinin mədəni və təhsil statusunu tanıyır. Konstitusiyanın 75.1-ci maddəsinə əsasən, digər region dilləri də Fransanın irsi hesab olunur, 312.10-cu maddəsinə əsasən, həmin dillərin təbliğ olunması və təhsildə istifadəsi qəbul edilib

“Fransanın irsinə daxil olan regional dillər və mədəniyyətlər – onların tədrisi, istifadə edildikləri bölgələrdə prioritet qaydada təşviq olunur və bu tədris bütün məktəb həyatı boyunca təmin edilə bilər”.

Qərar əsasında Korsika dili 1974-cü ildə Fransa Təhsil Nazirliyi tərəfindən tədris dili olaraq tanınıb və 1991-ci il 13 may tarixli qanunla Fransada məktəb proqramına daxil edilib. Adadakı dövlət məktəbləri ikidilli model əsasında işləyir və Korsika dili normativlər əsasında tədris olunur. 2024-cü ildə aparılan tədqiqata görə adanın məktəbəqədər şagirdlərinin 59%-i, ibtidai siniflərinin 51%-i, orta məktəb təhsilalanlarının isə 26%-i belə proqramlarda Korsika dilində təhsil alır. Uşaq bağçaları və ibtidai siniflər həftədə 3 saat olmaqla məcburi Korsika dili tədrisi keçir. 

Korsika dili mediada da işləkdir. “İctimai radio” (Radio Corsica Frequenza Mora) gündəlik olaraq Korsika dilində verilişlər və xəbərlər təqdim edir. Radio dövlət maliyyəsi ilə fəaliyyət göstərərək Korsika dilinə davamlı yer ayırır. “France 3” kanalı isə Korsika dilində həftədə 2 saatdan çox yayım edir və günlük 10 dəqiqə yerli dildə xəbər çatdırır. 

Fransada Korsika milli simvollarını qadağan edən qanun yoxdur. Hətta hazırda adanın bayrağı olaraq tanınan “Testa Mora Korsikanın azadlıq hərəkatının simvoludur və geniş şəkildə istifadə olunur. Bayraq rəsmi olaraq Fransanın inzibati nişanı kimi qəbul edilmir, lakin sakinlər tərəfindən kütləvi olaraq dalğalandırılır. 

Dilin istifadəsinin məhdudiyyət qoyulduğu yeganə yer isə yerli parlamentdir. Bu qərar konstitutsiyaya və nizamnaməyə zidd olduğu üçün qəbul edilib. Belə ki, Marsel İnzibati Apellyasiya Məhkəməsi respublika dilinin fransız dili olduğunu əsas gətirərək dövlət qulluqçularının bu dildən istifadəsini zəruri hesab edib. 

Nəticə etibarilə, Fransada Korsika dilinin və milli simvollarının qadağan edildiyinə dair xəbər heç bir fakta əsaslanmır. Korsika dilinin statusu Fransa Konstitusiyası ilə qorunur. Korsika adasında media və təhsilin Korsika dilində olmasına heç bir qadağa yoxdur. Korsikanın milli simvollarından istifadə də məhdudlaşdırılmır. Korsika dilinə məhdudiyyət yalnız yerli parlamentdə qoyulur ki, bu da konstitusiyanın tələbidir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə xəbər saxtadır.

xalqqazeti.az”, “Korsika – Fransanın susdurmağa çalışdığı haray”

corsica.co.uk”, “History of Corsica

corsica.co.uk”, “Culture, Language and Religion”

conseil-constitutionnel.fr”, 75.1-ci maddə 

legifrance.gouv.fr”, 312.10-cu maddə

“europarl.europa.eu”, 118-ci səhifə

“pure.knaw.nl”, “The Corsican language in education in France

“direct-radio.fr”, “Radio Corsica Frequenza Mora

france3-regions.franceinfo.fr”, “Corse ViaStella” 

corsicalovers.fr”, “The Corsican Flag: meaning, history, photos

france24.com”, “French court cracks down on Corsican language use in local assembly

Saxta xəbər
  • 22 İyul, 2025
  • 42

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə