logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

İlon Maskın robotla öpüşməsi barədə xəbərlər

İlon Maskın robotla öpüşməsi barədə xəbərlər

Xəbərin qısa icmalı

  • Amerikalı biznesmen İlon Maskın süni intellektlə idarə olunan robotla öpüşməsi barədə xəbərlər dərc edilib
  • İlon Maskın “qadın robot”la fotoları süni intellekt aləti ilə hazırlanıb.
  • Hər iki fotonun müəllifi instaqramda “art_is_2_inspire” adlı istifadəçidir.

Lent.az”, “gundelik-baku.com” saytları amerikalı biznesmen İlon Maskın süni intellektlə idarə olunan robotla öpüşməsi barədə xəbərlər dərc edib.

 

Skrnişot “lent.az” saytında götürülüb

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

“France 24” telekanalında yayımlanan “Truth or Fake” verilişində bildirilib ki, İlon Maskın robotla fotoları süni intellekt aləti ilə hazırlanıb. Qeyd olunur ki, görüntüləri bundan əvvəl Roma Papasının ağ rəngli qış geyimində fotosunu hazırlayan şəxs yaradıb. “Fakt Yoxla” bundan əvvəl Roma Papasının həmin fotolarının saxta olduğunu bildirmişdi.

Roma Papasının fotosu ilə bağlı “Forbes” jurnalı yazmışdı ki, fotonun süni intellekt tərəfindən yaradıldığını müəyyən etmək üçün təsvirdəki şəxsin əllərinə diqqətlə baxmaq lazımdır, çünki süni intellekt alətlərində insanların əllərinin dəqiq təsvirini yaratmaq çətin olur. İlon Maskın da bu fotosunda robotun əllərinin fərqli göründüyünü sezmək olar.

 

Skrinşot “Lent.az” saytından götürülüb

Telekanalın məlumatına görə, hər iki fotonun müəllifi instaqramda “art_is_2_inspire” adlı istifadəçidir. Sözügedən səhifədə Roma Papasının qış üst geyimində fotosunu, “Meta” şirkətinin sahibi Mark Zukerberq və İlon Maskın robotla birgə fotolarını görmək mümkündür.

 

Skrinşot “art_is_2_inspire” adlı instaqram səhifəsindən götürülüb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, İlon Maskın robotla öpüşməsi barədə xəbərlər saxtadır.

Saxta
  • 24 May, 2023
  • 257

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə