logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

20 il uçan qartal haqqında iddia

20 il uçan qartal haqqında iddia

Amerikansayağı” feysbuk səhifəsi üzərinə çip taxılan qartalın 20 il ərzində uçuş trayektoriyasını göstərən post paylaşıb. 

Uçuş xətlərinin əsasən xəzəryanı ölkələr, Ərəbistan yarımadası və Afrikanın simal-şərqindən keçdiyini göstərən foto və iddia müxtəlif vaxtlarda “Hamamtimes”, “Astronomiya” adlı “feysbuk” səhifələrində də yayılıb.

Skrinşot “Amerikansayağı” feysbuk səhifəsindən götürülüb.

 

Skrinşot “Hamamtimes” feysbuk səhifəsindən götürülüb.

 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Araşdırmaçılar heyvanların və quşların davranışlarını, hərəkət və uçuş trayektoriyalarını izləmək üçün onların üzərinə çip yerləşdirirlər.  

Amma qartalın 20 il uçuşuna dair iddianı araşdıran “Usatoday.com” və “factcheck.afp.com” məlumatın yanlış olduğu qənaətinə gəlib.

Xəbərin yanlışlığı ondan ibarətdir ki, foto bir qartalın 20 il ərzində uçduğu yolu deyil, 20 qartalın təqribən 8-10 ay ərzində uçduğu istiqamətlərin xəritəsini göstərir. 

Rusiyalı ornitoloq Yelena Şnayder hələ 2019-cu ildə feysbukda uçuş xəritəsinin Dr. Katzner və Dr. Bragin tərəfindən Qazaxıstanda keçirilən tədqiqatın nəticəsində əldə olunduğunu yazmışdı.

Skrinşot Yelena Şnayderin Feysbuk hesabından götürülüb.

 

2018-ci il iyunun sonu, iyulun əvvəllərində Qazaxıstanın şimalında yerləşən Kostanay və Aktobe əlayətlərində 20 çöl qartalına “GPS” bağlanaraq havaya buraxılıb. 

Quşlar 630-5100 km. olmaqla orta hesabla 3750 km. məsafədə yol qət ediblər.

AFP Factcheck” tədqiqatçılardan Todd Katzner ilə əlaqə saxlayıblar. ABŞ Geoloji Araşdırmalar Mərkəzində çalışan Katzner bildirib ki, komandası Mərkəzi Asiyadan olan 20 çöl qartalının miqrasiya etdiyi yolları izləmək üçün onların üzərinə “GPS” çipləri yerləşdirib. 

Xəritədə görünən çəhrayı xətlər əslində 20 qartalın uçduqları yolların birləşməsindən əldə edilib. 

Tədqiqatçının verdiyi məlumata görə, qartalların bəziləri Ərəbistanda və Afrikada ölsə də, digərləri geri qayıdıb. 

Ölü qartallardan biri Səudiyyə Ərəbistanında bir şəxs tərəfindən tapılıb. Dostlarından biri Katznerə bildirib ki, qartalı tapan şəxs onun fotosunu çəkərək feysbukda ərəb dilində post paylaşıb. 

“Mən qartalların uçuş yollarını göstərən fotonu dostuma göndərdim. Ona izah etdim ki bu, 20 çöl qartalının trayektoriyasıdı. Dediklərim necəsə yanlış tərcümə olunub və “1 çöl qartalının 20 illik trayektoriyası” kimi yayılıb”, – deyə təqdidiatçı vurğulayıb. 

“Fotoya baxan istənilən ixtisaslaşmış quş mütəxəssisi və ya qartal bioloqu quşun 1 yaşında olduğunu müəyyənləşdirə bilər”, – Katzner əlavə edib. 

Beləliklə, sosial mediada yayılan foto 1 qartalın 20 illik uçuşunu yox, 20 çöl qartalının 8-10 aylıq miqrasiya trazektoriyasını göstərir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, iddia yanlışdır.

“facebook.com”, “Amerikansayağı” feysbuk səhifəsinin paylaşdığı post, 25 dekabr 2020-ci il

“facebook.com”, “Hamamtimes” feysbuk səhifəsinin paylaşdığı post, 16 avqust 2022-ci il

“facebook.com”, “Astronomiya” feysbuk eysbuk səhifəsinin paylaşdığı post, 1 mart 2021-ci il

“ustoday.com”, Fact check: Map shows movement of around 20 eagles over several months

“factcheck.afp.com”,Map tracked the movement of 20 eagles over one year, not just of a single bird

“repor.kspi.kz”, АЗИЯ ДАЛАЛАРЫНДАҒЫ БИОЛОГИЯЛЫҚ ƏРТҮРЛІЛІК

IV халықаралық ғылыми конференцияның материалдары (Қазақстан Республикасы, Қостанай қ., 2022 жылдың 14 сəуірі)

 

Saxta Xəbər
  • 13 Yanvar, 2023
  • 901

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə