Sosial şəbəkədə İndoneziyanın Sulavesi adasında ölülərin qəbirdən çıxarılaraq təmizləndiyi və paltar geyindirildiyi ilə bağlı görüntülər yayılıb. Sosial şəbəkə istifadəçiləri tərəfindən şübhə ilə qarşılanan videoda yer alan cəsədlərin maket olduğunu da iddia edənlər olub.
Skrinşot @melumattuneli “Instagram” səhifəsindən götürülüb.
“Fakt Yoxla” videodakı görüntülərin saxta olub-olmadığını yoxlayıb.
Sözügedən adanın və xalqın adı ilə “Google”da axtarış edərkən iddiada yer alan videoya rast gəlmək mümkündür. Video hindistanlı bir videobloger tərəfindən çəkilib.
Skrinşot @theindotrekker “YouTube” kanalından götürülüb.
İddia ilə bağlı məlumatlara “Əl Cəzirə” kanalının videoreportajında da rast gəlmək mümkündür. Reportajda qeyd olunur ki, İndoneziyada məskunlaşan Toraja xalqı ölülərini qəbirdən çıxararaq günəşdə qurudur, geyindirir, gəzdirir və onlarla şəkil çəkdirir. Bu xalq üçün müqəddəs olan qədim Manene ritualı iddiada qeyd olunduğu kimi hər il deyil, dörd ildən bir keçirilir.
Skrinşot “Əl Cəzirə” kanalının “YouTube” hesabından götürülüb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, videodakı görüntülər doğrudur.