logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Görüntülər Myanmadakı zəlzələdən sonra çəkilib

Saxta xəbər: Görüntülər Myanmadakı zəlzələdən sonra çəkilib

Xəbərin qısa icmalı

- 2025-ci il martın 25-də Myanmanın ikinci ən böyük şəhəri olan Mandalay yaxınlığında qeydə alınan zəlzələdən sonra “Report” agentliyinin 17 mindən çox izləyicisi olan teleqram kanalında Myanmada çəkildiyi iddia edilən video paylaşılıb. Eyni video “İctimai TV”nin 22 mindən çox izləyicisi olan teleqram kanalında da paylaşılıb.

9 saniyə davam edən videoda küçənin ortasında böyük yarğan yarandığı görünür. Ancaq görüntülər real deyil. AFP agentliyinin fakt yoxlama qrupu videonun daha əvvəl “@the.360.report” adlı “TikTok” istifadəçisi tərəfindən paylaşıldığını müəyyən edib. Hesabda həmin video tapılmasa da, süni intellektlə hazırlanan çoxsaylı videolar aşkarlanıb.

2025-ci il martın 25-də Myanmanın ikinci ən böyük şəhəri olan Mandalay yaxınlığında qeydə alınan zəlzələ çoxsaylı insan tələfatı, binaların və infrastrukturun dağılması ilə nəticələnib.

Zəlzələdən sonra “Report” agentliyinin 17 mindən çox izləyicisi olan teleqram kanalında Myanmada çəkildiyi iddia edilən video paylaşılıb. 

Skrinşot “Report” agentliyinin teleqram kanalından götürülüb

Eyni video “İctimai TV”nin 22 mindən çox izləyicisi olan teleqram kanalında da paylaşılıb. “Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Xilasetmə işləri davam edir”, - paylaşımda belə deyilir. 

Skrinşot “İctimai TV”nin agentliyinin teleqram kanalından götürülüb

Sputnik Azərbaycan”, “Sətiraltı TV” teleqram kanalları, “baku.es” instaqram və feysbuk səhifəsi də həmin videonu paylaşıb.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

9 saniyə davam edən videoda küçənin ortasında böyük yarğan yarandığı görünür. Ancaq görüntülər real deyil. 

AFP agentliyinin fakt yoxlama qrupu videonun daha əvvəl “@the.360.report” adlı “TikTok” istifadəçisi tərəfindən paylaşıldığını müəyyən edib. Hesabda həmin video tapılmasa da, süni intellektlə hazırlanan çoxsaylı videolar aşkarlanıb.

 

Foto AFP-dən götürülüb

Videodaya diqqətlə baxanda da yarğanın yaxınlığındakı şəxslərin bulanıq formada göründüyü məlum olur. Bu, görüntülərin süni intellekt alətləri tərəfindən yaradıldığını göstərən əlamətdir.

Süni intellektlə hazırlanan görüntüləri aşkar edən “Hive Moderation” platforması videodan götürülən kadrlardan birini analiz edərək həmin kadrın 99.8 faiz ehtimalla süni intellekt aləti tərəfindən yaradıldığını qeyd edib.

 

Skrinşot “Hive Moderation” platformasından götürülüb

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, görüntülərin Myanmada baş verən zəlzələdən sonra çəkildiyi barədə xəbərlər saxtadır.

“unhcr.org”, “Myanmar earthquake

Report” agentliyinin teleqram kanalı

İctimai TV”nin teleqram kanalı

Sputnik Azərbaycan” teleqram kanalı

Sətiraltı TV” teleqram kanalı

baku.es” instaqram səhifəsi

baku.es” feysbuk səhifəsi

“afp.com”, “Video of 'Myanmar earthquake aftermath' bears AI signs

Hive Moderation” platforması

Saxta xəbər
  • 17 Aprel, 2025
  • 77

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə