logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

ABŞ kəşfiyyatı “WhatsApp” yazışmalarını izləyir?

ABŞ kəşfiyyatı “WhatsApp” yazışmalarını izləyir?

Xəbərin qısa icmalı

Apa.az” yanvarın 11-də dərc etdiyi xəbərdə ABŞ kəşfiyyatının nəzəri olaraq “WhatsApp” yazışmalarını ələ keçirə biləcəyi bildirilərək sitatın Zukerberq tərəfindən  səsləndirildiyi iddia edilib. “Musavat.com” isə iddia edir ki, Zukerberq kəşfiyyat orqanlarının “WhatsApp” istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib. 

- Mövzu ilə bağlı “YouTube”-da yayımlanmış “The Joe Rogan Experience” podkastında qonaq olarkən danışan Zukerberq müxtəlif mesajlaşmalarda təhlükəsizlik amillərindən danışarkən mümkün kiberhücumların “WhatsApp” şifrələməsinə təsir edə biləcəyini açıqlasa da, ifadəsində tətbiqə qarşı ABŞ xüsusi xidmət orqanlarının birbaşa müdaxilə və səylərindən bəhs etməyib. 

Sosial media hesablarının, şəxsi mesajlaşma tətbiqlərinin təhlükəsizliyi hər kəsi narahat edən məsələlərdəndir. Müasir dövrdə demək olar hər kəsin istifadə etdiyi bu platformalar istifadəçilərin şəxsi məlumatlarını daşıdıqlarına görə bu məlumatların necə qorunması istifadəçilər üçün həyati əhəmiyyət kəsb edir.

Bu günlərdə “META” şirkətinin rəhbəri Mark Zukerberqin “WhatsApp” tətbiqi ilə bağlı açıqlaması yazışma platformasına dair çaşdırıcı məlumat axınını gücləndirib.

Apa.az” yanvarın 11-də dərc etdiyi xəbərdə ABŞ kəşfiyyatının nəzəri olaraq “WhatsApp” yazışmalarını ələ keçirə biləcəyi bildirilərək sitatın Zukerberq tərəfindən  səsləndirildiyi iddia edilib. “Musavat.com” isə iddia edir ki, Zukerberq kəşfiyyat orqanlarının “WhatsApp” istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib. 

Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Mövzu ilə bağlı “YouTube”-da yayımlanmış “The Joe Rogan Experience” podkastında qonaq olarkən danışan Zukerberq müxtəlif mesajlaşmalarda təhlükəsizlik amillərindən danışarkən mümkün kiberhücumların “WhatsApp” şifrələməsinə təsir edə biləcəyini açıqlasa da, ifadəsində tətbiqə qarşı ABŞ xüsusi xidmət orqanlarının birbaşa müdaxilə və səylərindən bəhs etməyib. 

Buraxılış zamanı məşhur aparıcı Tuker Karslonun izlənməsi haqda iddiaya şərh verən Zukerberq bəzən ucdan uca şifrələnmiş yazışmaların hücumlar zamanı dəf edilə bildiyini və nümunə olaraq “Pegasus” hadisəsini açıqlayıb. Verilişin 2:32:20-ci saniyəsindən etibarən ola biləcək hücumların detallarına aydınlıq gətirib :

“Əgər siz “WhatsApp”-dan istifadə edirsinizsə, “META” serverlərinin mesajlarınızın məzmununu gördüyü heç bir məqam yoxdur.  Əgər kimsə “META” serverlərinə daxil olsa belə, mesajlar şifrələndiyi üçün orada heç bir mesajı oxuya bilməz... “WhatsApp” mesajlarınızı FTB (Federal Təhlükəsizlik Bürosu) və ya MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) o zaman oxuya bilərlər ki, onlar telefonunuza daxil olmaq üçün haker hücumu təşkil etsin. Yəqin ki, “Pegasus” kimi bunun yolları var. Bilmədiyimiz nələrsə ola bilər, ona görə də FTB sizi həbs edib telefonunuzu alsa, daxil olub orada nə olduğunu görə bilər”.

Bundan əlavə, “Meta” şirkəti “WhatsApp” tətbiqinin sahibi olaraq öz məxfilik standartlarında şəxsi məlumatları üçüncü tərəflərə satmadığını və gələn hökumət sorğularından daxili siyasətinə uyğun olmadığı halda imtina etdiyini bildirir.

Nəticə etibarilə, dərc olunan spekulyasiyalardan fərqli olaraq Mark Zukerberqin açıqlamalarında ABŞ kəşfiyyatının “WhatsApp” mesajlarına birbaşa daxil ola biləcəyinə dair heç bir açıqlamanın olmadığını görmək mümkündür. Zukerberq bu mesajların “Meta” da daxil olmaqla heç kim tərəfindən oxuna bilmədiyini vurğulayır. Bununla belə, o bildirir ki, mesajlara yalnız telefonda quraşdırılmış casus proqramlar vasitəsilə və ya cihazın başqa şəxs tərəfindən ələ keçirilməsi yolu ilə giriş əldə edilə bilər ki, burada da “META”nın edə biləcəyi bir tədbir yoxdur.

Fakt Yoxla”nın araşdırmasına görə, Zukerberqin ABŞ kəşfiyyatının “Whatsapp” mesajlarını oxuduğunu deməsi barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 10 Fevral, 2025
  • 45

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə