logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: İraqda 35 yaşlı kişi ilə 9 yaşlı qız evlənib

Saxta xəbər: İraqda 35 yaşlı kişi ilə 9 yaşlı qız evlənib

Xəbərin qısa icmalı

- Bir sıra sosial media səhifələri video paylaşaraq xəbər verib ki, İraqda 9 yaşlı qıza ilk rəsmi toy keçirilib, azyaşlı 35 yaşlı kişi ilə evlənib.

Videoda orta yaşlı kişinin azyaşlı ilə zala daxil olduğu görünür. Ancaq video yeni deyil və 35 yaşlı kişi ilə azyaşlının evliliyini göstərmir.

- Videoda görünən avtomobilin nömrəsindən məlum olub ki, kadrlar İraqda deyil, Liviyada çəkilib. Eyni avtomobilin, həmçinin videoda görünən oğlanın toy fotoları daha əvvəl, dekabrın 12-də Liviyada fəaliyyət göstərən toy fotoqrafı tərəfindən  paylaşılıb

- Ərəb dilində fəaliyyət göstərən “shechecks” faktyoxlama layihəsinin əməkdaşları fotoqrafla əlaqə saxlayıb. O, videodakı qızın gəlin deyil, bəyin qardaşı qızı olduğunu bildirib.

- Videodakı bəyin özü də qızın qardaşının övladı olduğunu təsdiqləyib və bununla bağlı faktlar təqdim edib. O, öz sosial media hesabında dəfələrlə bu xəbərin yanlış olduğunu bəyan edib. Hətta, bəyin öz qardaşı qızı ilə (videoda gəlin olduğu iddia edilən qız) keçmişdə çəkilən digər şəkilləri də mövcuddur.

İraqda 2025-ci il yanvar ayında qanuna edilən dəyişiklik ilə İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmada yeni səlahiyyətlər verir. “Associated Press” agentliyində dərc edilən xəbərdə deyilir ki, qanuna edilən dəyişikliklər İraqda 9 yaşlı qızların ailə həyatı qurmasını qanuniləşdirir. 

Qanuna dəyişikliyin qəbul edilməsindən sonra bir sıra sosial media səhifələri İraqda 9 yaşlı qızla ilk evliliyin baş tutduğunu iddia edən görüntülər paylaşıb. 

250 mindən çox izləyicisi olan “azerbaycan.24” adlı instaqram səhifəsi video paylaşaraq xəbər verib ki, İraqda 9 yaşlı qıza ilk rəsmi toy keçirilib, azyaşlı 35 yaşlı kişi ilə evlənib.

Skrinşot “azerbaycan.24” adlı instaqram səhifəsindən götürülüb.

Eyni video bir neçə instaqram səhifəsində (məsələn, “hesabat_tv”, “horumcek_tv”, “xeber___tv” və sair),  feysbukda, “threads” və “TikTok” platformalarında, xəbər saytlarında paylaşılıb.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Videoda orta yaşlı kişinin azyaşlı ilə zala daxil olduğu görünür. Ancaq video yeni deyil və 35 yaşlı kişi ilə azyaşlının evliliyini göstərmir.

Videoda görünən avtomobilin nömrəsindən məlum olub ki, kadrlar İraqda deyil, Liviyada çəkilib. Eyni avtomobilin, həmçinin videoda görünən oğlanın toy fotoları daha əvvəl, dekabrın 12-də Liviyada fəaliyyət göstərən toy fotoqrafı tərəfindən  paylaşılıb

Foto Liviyada fəaliyyət göstərən Omar Al-Fadil adlı fotoqrafın feysbuk səhifəsindən görürülüb.

Ərəb dilində fəaliyyət göstərən “shechecks” faktyoxlama layihəsinin əməkdaşları fotoqrafla əlaqə saxlayıb. O, videodakı qızın gəlin deyil, bəyin qardaşı qızı olduğunu bildirib. 

Videodakı bəyin özü də qızın qardaşının övladı olduğunu təsdiqləyib və bununla bağlı faktlar təqdim edib. O, öz sosial media hesabında dəfələrlə bu xəbərin yanlış olduğunu bəyan edib. Hətta, bəyin öz qardaşı qızı ilə (videoda gəlin olduğu iddia edilən qız) keçmişdə çəkilən digər şəkilləri də mövcuddur.

Mənbə: “Shechecks.net

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, sözügedən görüntülərin İraqda 35 yaşlı bəylə 9 yaşlı gəlinin evlənməsini əks etdirdiyi barədə xəbərlər saxtadır.

“apnews.com”, “Iraqi lawmakers pass a bill that critics say legalizes child marriage

“Instagram.com”, “azerbaycan.24” adlı instaqram səhifəsi

“Instagram.com”, “hesabat_tv” adlı instaqram səhifəsi

“Instagram.com”, “horumcek_tv”, adlı instaqram səhifəsi

“Instagram.com”, “xeber___tv” adlı instaqram səhifəsi

“Facebook.com”, “Şəbəkə TV” feysbuk səhifəsi

“News24.az”, “9 yaşlı gəlinlə ilk rəsmi toy oldu

“Facebook.com”, Liviyada fəaliyyət göstərən Omar Al-Fadil adlı fotoqrafın feysbuk səhifəsi

“shechecks.net”, “Yetkinlik yaşına çatmayanların nikahı haqqında mübahisəli video: Yanıltıcı iddianın arxasındakı həqiqətlər” (ərəb dilində)

Saxta xəbər
  • 18 Fevral, 2025
  • 31

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə