logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Görüntülər Arizonada UFO qəzasını göstərir?

Görüntülər Arizonada UFO qəzasını göstərir?

Xəbərin qısa icmalı

Sosial şəbəkədə ABŞ-ın Arizona ştatında UFO qəzası baş verdiyini iddia edən görüntülər yayılıb.

- Videonun üzərində görünən “@sybervisions_” hesabında videonun orijinalına rast gəlmək mümkündür. Paylaşımın açıqlama hissəsində qeyd olunan açar sözlərə nəzər saldıqda videonun süni intellektlə hazırlandığını görmək mümkündür. 

- Eyni zamanda videonun paylaşıldığı hesaba nəzər saldıqda profilin süni intellekt vasitəsilə hazırlanan videolar paylaşdığı ortaya çıxır. Profilin bioqrafiya hissəsində “rəqəmsal kontent yaradıcısı”, “süni intellekt-vizual effektlər sənətçisi”, “filmmeyker” kimi ifadələr yer alıb. 

Sosial şəbəkədə ABŞ-ın Arizona ştatında UFO qəzası baş verdiyini iddia edən görüntülər yayılıb. “Reels Xəbərlər” və “İSTİ XƏBƏR” adlı YouTube kanallarında sözügedən iddianın görüntülərini əks etdirən video yer alıb. Paylaşımlarda Arizonada UFO qəzasının baş verdiyi qeyd olunub.

Skrinşot “Reels Xəbərlər” “YouTube” kanalından götürülüb

Skrinşot “İSTİ XƏBƏR” “YouTube” kanalından götürülüb

Fakt Yoxla” videodakı görüntülərin həqiqəti əks etdirib-etdirmədiyini yoxlayıb.

Videonun üzərində görünən “@sybervisions_” hesabında videonun orijinalına rast gəlmək mümkündür.

Skrinşot “@sybervisions_” “Instagram” hesabından götürülüb

Paylaşımın açıqlama hissəsində qeyd olunan açar sözlərə nəzər saldıqda videonun süni intellektlə hazırlandığını görmək mümkündür. Açar sözlər arasında “aigenerated”, “aihorror”, “sora” ifadələri yer alıb. “Sora” video kontentlər hazırlayan “OpenAI”yə məxsus süni intellekt modelidir. 

Eyni zamanda videonun paylaşıldığı hesaba nəzər saldıqda profilin süni intellekt vasitəsilə hazırlanan videolar paylaşdığı ortaya çıxır. Profilin bioqrafiya hissəsində “rəqəmsal kontent yaradıcısı”, “süni intellekt-vizual effektlər sənətçisi”, “filmmeyker” kimi ifadələr yer alıb. 

Skrinşot “@sybervisions_” “Instagram” hesabından götürülüb

Digər tərəfdən “Google”da “Arizona UFO crash” açar sözləri ilə axtarış etdikdə sözügedən iddia ilə bağlı heç bir rəsmi məlumata rast gəlinmir. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Arizonada UFO qəzasını göstərdiyi ilə bağlı sosial şəbəkədə yayılan iddialar saxtadır.

Saxta xəbər
  • 17 Fevral, 2025
  • 27

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə