logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputatın yanlış iddiası: Bərpa olunan enerjinin özü mədən enerjisindən əldə olunur

Deputatın yanlış iddiası: Bərpa olunan enerjinin özü mədən enerjisindən əldə olunur

Xəbərin qısa icmalı

Deputat Aydın Hüseynov Real TV-yə müsahibəsində bildirib ki, bərpa olunan enerjinin özü mədən enerjisindən əldə olunur.

- Bərpa olunan enerji təbiətdə davamlı şəkildə yenilənən və tükənməyən mənbələrdən əldə olunan enerji növlərinə deyilir. Bunlar Günəş, külək, su enerjisi, geotermal enerji, okean (dalğa) enerjisi və bioenerjidir. 

Mədən enerjisi isə neft, qaz, kömür kimi bərpa olunmayan enerji mənbələridir. Bu mənbələr dünya üzrə azalan xəttlə olsa da, hələ də elektrik enerjisinin istehsalında əsas yer tutmağa davam edir. Ancaq bərpa olunan enerjilərin istehsalında fossil mənbələr yer tutmur.

Deputat Aydın Hüseynov Real TV-yə müsahibəsində bildirib ki, bərpa olunan enerjinin özü mədən enerjisindən əldə olunur (8:10).

Fakt Yoxla” millət vəkilinin iddiasının doğru-olub olmadığını yoxlayıb.

Bərpa olunan enerji təbiətdə davamlı şəkildə yenilənən və tükənməyən mənbələrdən əldə olunan enerji növlərinə deyilir. Bunlar Günəş, külək, su enerjisi, geotermal enerji, okean (dalğa) enerjisi və bioenerjidir. 

  • Günəş enerjisi günəş şüalarının panellər vasitəsilə elektrikə çevrilməsi, külək enerjisi küləyin hərəkət gücü ilə turbinlərin hərəkətindən elektrik enerjisinin yaranması ilə əldə olunur. 
  • Su enerjisi su elektrik stansiyalarında suyun axını ilə turbinlərin hərəkəti nəticəsində yaranan elektrik enerjisidir. 
  • Geotermal enerji yerin dərin qatlarındakı isti sular və buxarın yenə də turbinləri hərəkətə gətirməsi ilə elektrik enerjisinin istehsalından yaranır. 
  • Okean (dalğa) enerjisi də eynilə dalğaların hərəkəti nəticəsində suda yerləşdirilən generatorların və ya enerji sistemlərinin mexaniki enerjini elektrik enerjisinə çevirməsiylə əldə olunur. 
  • Bioenerji isə bitki tullantıları, ağac qalıqları və ya heyvan mənşəli üzvi maddələrin yandırılaraq və ya bioloji parçalanması yolu ilə enerji hasilidir. 

Mədən enerjisi isə neft, qaz, kömür kimi bərpa olunmayan enerji mənbələridir. Bu mənbələr dünya üzrə azalan xəttlə olsa da, hələ də elektrik enerjisinin istehsalında əsas yer tutmağa davam edir. Ancaq bərpa olunan enerjilərin istehsalında fossil mənbələr yer tutmur.

Göründüyü kimi bərpa olunan enerji növlərinin heç birinin əldə olunmasında mədən enerjisindən istifadə edilmir. Mədən enerjisi alternativ enerjinin əldə olunmasında istifadə edilən qurğuların istehsalında, daşımalarda istifadə edilə bilər, ancaq o bərpa olunan enerjinin istehsalında bir başa istifadə edilmir.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputat Aydın Hüseynovun iddiası yanlışdır.

Yanlış
  • 31 Oktyabr, 2025
  • 62

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə