Deputat Naqif Həmzəyev D8 təşkilatı ilə bağlı “sesqazeti.az”a açıqlamasında iddia edib ki, üzv ölkələrin ərazisində 2 milyarddan çox insan yaşayır ki, bu da dünyanın ümumi əhalisinin təqribən dörddə birini təşkil edir.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Katibliyi Türkiyənin İstanbul şəhərində yerləşən “İqtisadi Əməkdaşlıq üçün D8 Təşkilatı” 1997-ci ildə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə tərəfindən yaradılıb. 2025-ci ildə Azərbaycanın da qoşulması ilə təşkilata üzv dövlətlərin sayı 9-a çatıb.
“Worldpopulationreview.com”-un 2025-ci ilə olan məlumatlarına görə D8 təşkilatına üzv olan 9 ölkənin əhali sayı aşağıdakə qrafikdəki kimidir:
Mənbə: worldpopulationreview.com
Qrafikdən də göründüyü kimi, D8 təşkilatına üzv olan 9 ölkənin ümumi əhali sayı 2 milyarddan çox yox, təxminən 1 milyard 300 milyon nəfərdir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Naqif Həmzəyevin iddiası yanlışdır.