Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov iddia edib ki, 2020-ci ildə səhiyyə xərcləri 8 milyon manat olub. O, bu iddianı parlamentdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı edib. Deputat qeyd edib ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard manata çatdırılacaq: “Müqayisə üçün deyim ki, 5 il bundan öncə (2020-ci il) bu xərclər 8 milyon təşkil edirdi. Əminəm ki, gələcəkdə bütün səhiyyə xidmətləri icbari tibbi sığortaya cəlb ediləcək”, - deyə depuat bildirib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər 2023-cü ilə qədər dövlət büdcəsindən maliyyələşib. 2023-cü ildə İcbari Tibbi Sığorta fondu yaradılandan sonra səhiyyə sahəsinə həm də bu fonddan maliyyə ayrılıb.
2020-ci ildə dövlət büdcəsindən səhiyyə sahəsinə 1 milyard 687 milyon manat vəsait ayrılıb. Bu vəsaitin xərclənmə istiqamətləri aşağıdakı kimi nəzərdə tutulub:
Mənbə: e-qanun.az
Göründüyü kimi, 2020-ci ildə səhiyyə xərclərinə ayrılan vəsait 8 milyon deyil, 1,7 milyard manat olub .
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əhliman Əmiraslanovun iddiası yanlışdır.