logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

VƏD: Ali məktəblərə ödənişli əsaslarla qəbulun dövlət tərəfindən planlaşdırılması ləğv ediləcək.

VƏD: Ali məktəblərə ödənişli əsaslarla qəbulun dövlət tərəfindən planlaşdırılması ləğv ediləcək.

Xəbərin qısa icmalı

Prezidentin 2013-cü ildə imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” adlı sənəddə bildirilirdi ki, 2016-cı ildən etibarən ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini nəzərdə tutan yeni yerləşdirmə mexanizmi tətbiq ediləcək.

2015-2016-cı illərdə ali təhsil müəssisələrinə qəbul imtahanı ilə bağlı açıqlamada bildirilib ki, həmin il ali təhsil müəssiələrinə qəbul planı 39 min 437 yer olub. Bu yerlərin 11 min 799-u dövlət sifarişi ilə, 27 min 638-i isə ödənişli yerlərdən ibarət olub. Yəni, həmin il ödənişli əsaslarla qəbul planları ləğv edilməyib.

- Hələ də Azərbaycanda ödənişli əsaslarla qəbul planlarının dövlət tərəfindən müəyyən edilməsi praktikası davam etdirilir.

Prezidentin 2013-cü ildə imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” adlı sənəddə hökumət təhsildə çatmağı məqsəd qoyduğu bəzi hədəflərini açıqlayıb. Bunlardan biri qəbul planları ilə bağlıdır. Sənəddə bildirilir ki, 2016-cı ildən etibarən ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini nəzərdə tutan yeni yerləşdirmə mexanizmi tətbiq ediləcək.

“Fakt Yoxla” bu vədin yerinə yetirilib-yetirilmədiyini araşdırıb.

Dövlət Stategiyası qəbul olunarkən həmin dövrdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olan Əhməd Vəliyev mətbuata açıqlamasında bildirib ki, həmin vaxtadək həm dövlət sifarişli, həm də ödənişli əsaslarla olan plan yerləri dövlət tərəfindən təsdiq edilirdi. Ancaq hazırda dünyada ödənişli əsaslarla plan yerlərinin dövlət tərəfindən təsdiq edilməsi təcrübəsi yoxdur. Ona görə də dünyada qəbul olunmuş bu təcrübə strategiyada da nəzərə alınıb: "Ödənişli əsaslarla təhsil almaq istəyənlər üçün artıq qəbul planı təsdiqlənməyəcək. Bu gün həm ödənişli, həm də dövlət əsaslı tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır".

2015-2016-cı illərdə ali təhsil müəssisələrinə qəbul imtahanı ilə bağlı açıqlamada bildirilib ki, həmin il ali təhsil müəssiələrinə qəbul planı 39 min 437 yer olub. Bu yerlərin 11 min 799-u dövlət sifarişi ilə, 27 min 638-i isə ödənişli yerlərdən ibarət olub. Yəni, həmin il ödənişli əsaslarla qəbul planları ləğv edilməyib.

Qeyd edək ki, hələ də Azərbaycanda ödənişli əsaslarla qəbul planlarının dövlət tərəfindən müəyyən edilməsi praktikası davam etdirilir. Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə 2022-ci ildəki qəbul imtahanları ilə bağlı mətbuata açıqlamasında bildirib ki, 2021-2022-ci təhsil ilində ali təhsil müəssisələrinə qəbul üçün 51 min 811 plan yeri ayrılıb. Bu yerlərin 23 min 627-si dövlət sifarişi ilə, 28 min 194-ü isə ödənişli əsaslarla olan yerlərdir.

“Fakt Yoxla”nın araşdırmasına görə, 2016-cı ildən etibarən, ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbulun dövlət tərəfindən planlaşdırılmasının ləğv edilməsi ilə bağlı vəd yerinə yetirilməyib.

Vəd tutulmayıb
  • 11 İyul, 2023
  • 857

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə