logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputatın yanlış iddiası: Azərbaycanda magistratura təhsilinə maraq azalıb

Deputatın yanlış iddiası: Azərbaycanda magistratura təhsilinə maraq azalıb

Xəbərin qısa icmalı

Deputat Ceyhun Məmmədov iddia edib ki, son illərdə Azərbaycanda magistratura təhsilinə maraq azalıb. “Son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu fakt artıq yalnız müşahidə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir”, - deyə o bildirib.

- Rəsmi statistikaya görə, son iki ildə əvvəlki illərlə müqayisədə Azərbaycanda magistr alanların sayında azalma qeydə alınsa da, son 10 ildə ümumi tendensiya artıma doğru gedib.

Deputat Ceyhun Məmmədov iddia edib ki, son illərdə Azərbaycanda magistratura təhsilinə maraq azalıb. “Son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu fakt artıq yalnız müşahidə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir”, - deyə o bildirib.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Rəsmi məlumatlara əsasən, bu il ixtisas seçiminə 15555 bakalavr qatılıb, onlardan 13446 nəfər magistraturaya qəbul olunub. Magistraturaya qəbul alanların 5798-i dövlət sifarişi, 7648-i isə ödənişli əsaslarla təhsil alacaq. Onların 9790 nəfəri cari ilin, 3656 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Magistraturaya qəbul alan tələbələrlə bağlı son 10 ilin statistik göstəriciləri isə belədir:

Magistraturaya qəbul olan tələbə sayı

Dövlət Statistika Komitəsi

Təqdim edilən rəsmi statistikadan da göründüyü kimi, son iki ildə əvvəlki illərlə müqayisədə Azərbaycanda magistr alanların sayında azalma qeydə alınsa da, son 10 ildə ümumi tendensiya artıma doğru gedib. Yəni uzunmüddətli baxışda magistraturaya maraq zəifləməyib, əksinə, artıb.

Qeyd edək ki, fərdi şəkildə xaricdə magistr təhsili alanların sayı ilə bağlı məlumat əldə etmək mümkün olmadığı üçün onların sayı bu araşdırmada nəzərə alınmayıb.

Nəticə etibarilə, Ceyhun Məmmədovun magistraturaya marağın “ciddi şəkildə zəiflədiyi” barədə iddiası rəsmi statistika ilə təsdiqlənmir. Son 10 ildə magistr dərəcəsinə qəbul sayı təqribən 2,7 dəfə artıb.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Ceyhun Məmmədovun iddiası yanlışdır.

Yanlış
  • 12 Sentyabr, 2025
  • 42

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə