logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputat Jalə Əliyevanın yanlış iddiası: Azərbaycanda qadınlar kişilərlə eyni maaşı alırlar

Deputat Jalə Əliyevanın yanlış iddiası: Azərbaycanda qadınlar kişilərlə eyni maaşı alırlar

Xəbərin qısa icmalı

Deputat Jalə Əliyeva iddia edib ki, Azərbaycanda qadınlar kişilərlə eyni maaşı alırlar. “Qadın əlbəttə kişi qədər ağıllıdır, eyni saatda işləyirlər, eyni maaşı alırlar, amma bu sahədə mütləq say bərabərliyi olmalıdır fikri də düzgün deyil” - deyə o, Modern.az saytına müsahibəsində deyib

Azərbaycanda qadınlar və kişilər arasında orta aylıq əməkhaqqında ciddi fərq var. Belə ki, qadınların orta aylıq nominal əməkhaqqı 791,1 manat, kişilərinki isə 1159,9 manat təşkil edir. Bu isə qadınların kişilərdən təxminən 368 manat, yaxud 32% az maaş aldığını göstərir. 

Deputat Jalə Əliyeva iddia edib ki, Azərbaycanda qadınlar kişilərlə eyni maaşı alırlar. “Qadın əlbəttə kişi qədər ağıllıdır, eyni saatda işləyirlər, eyni maaşı alırlar, amma bu sahədə mütləq say bərabərliyi olmalıdır fikri də düzgün deyil” - deyə o, Modern.az saytına müsahibəsində deyib

Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Azərbaycan əhalisinin sayı 2025-ci ilin yanvarın 1-də 10 milyon 224 min 889 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə əhalinin 49,8 faizini kişi, 50,2 faizini isə qadınlar təşkil edir.

Rəsmi məlumata əsasən, Azərbaycanda işçi qüvvəsinin ümumi sayı 5 milyon 249 min nəfərdir ki, bunun 2 milyon 535 min nəfəri qadınlardır. Qadınların işçi qüvvəsindəki payı 48,3% təşkil edir. Məşğul əhalinin ümumi sayı isə 4 milyon 963 min nəfərdir və bunun 2 milyon 376 min nəfəri və ya 47,8 faizi qadınlardır. İşsiz əhalinin 159,4 min nəfəri qadınlardır. Qadınların işsizlikdəki payı 55,6 faiz təşkil edir.

Bununla belə, Azərbaycanda qadınlar və kişilər arasında orta aylıq əməkhaqqında ciddi fərq var. Belə ki, qadınların orta aylıq nominal əməkhaqqı 791,1 manat, kişilərinki isə 1159,9 manat təşkil edir. Bu isə qadınların kişilərdən təxminən 368 manat, yaxud 32% az maaş aldığını göstərir. 

Ölkədə qadınların bütün iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqları kişilərə nəzərən daha aşağıdır. Ən böyük məvacib fərqi isə peşə, elmi və texniki fəaliyyət (48,4%) maliyyə və sığorta (41,8%), emal sənayesi (37,5%) kimi fəaliyyət növlərində qeydə alınıb.

 Mənbə: Dövlət Statistika Komitəsi

Qadınların əmək bazarında mövqeyi onların iqtisadi fəaliyyət növləri üzrə qruplaşması ilə də şərtlənir. Belə ki, muzdla çalışan qadınların 51%-i sadəcə təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində fəaliyyət göstərir. Hər iki sahədə orta aylıq əmək haqqı səviyyəsinin digər sahələrə nəzərən daha aşağı olması da yekunda qadınların daha az gəlir əldə etməsinə gətirib çıxarır.

Yuxarıdakı rəsmi məlumatlardan da göründüyü kimi, Azərbaycanda qadınlar kişilərdən daha az maaş alırlar.

Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Jalə Əliyevanın qadınlarla kişilərin eyni maaşı alması ilə bağlı iddiası yanlışdır.

Yanlış
  • 7 Avqust, 2025
  • 65

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə