logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Qüdrət Həsənquliyev: "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir"

Qüdrət Həsənquliyev: "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir"

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin 7 noyabr tarixli plenar iclasında "Burda qeyd edildi ki, daha çox qadınlar məişət zorakılığına məruz qalır. Mən deməzdim ki, qadınlar məişət zorakılığına çox məruz qalır." deyə qeyd edib. Deputatın fikrincə “qadınlar daha çox fiziki zorakılığa məruz qalırlar, məişət zorakılığına yox. Çünki bir çox hallarda qadınlarımız özləri ailədə həyat yoldaşlarına, uşaqlarına qarşı dözülməz vəziyyət yaradırlar”. Onun açıqlaması “oxu.az” və “Apa.az” saytları tərəfindən "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir" başlığı ilə tirajlanıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkmiş qadınların sayı 1224, kişilərin sayı isı 289 nəfər olub.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, komitəyə 2023-cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub. Müraciət edənlərin 27 nəfəri kişi, 478 nəfəri isə qadındır. 2022-ci ildə isə məişət zorakılığına məruz qalmaları ilə bağlı Komitəyə 475 qadın, 20 nəfər kişi müraciət edib. Komitənin 2021-ci il tarixli hesabatında konkret rəqəmlər göstərilməsə də, məişət zorakılığına məruz qalanların əksəriyyətinin qadınlar olduğu qeyd edilir.

- Daxili İşlər Nazirliyinin məlumatlarında da məişət zorakılığına məruz qalan şəxslər arasında qadınların sayının yüksək olduğu görünür. Belə ki, 2023-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 1482 cinayət işi qeydə alınıb, zərər çəkmiş qadınların sayı 1224, kişilərin sayı isə 289 nəfər olub. 2022-ci il ərzində isə Daxili İşlər Nazirliyində məişət zorakılığı halları ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175, xəsarət alan qadınların sayı 1132 nəfər olub. 2021-ci ildə isə məişət zorakılığı halları ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1196, xəsarət alan qadınların sayı 1150 nəfər olub.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin 7 noyabr tarixli plenar iclasında "Burda qeyd edildi ki, daha çox qadınlar məişət zorakılığına məruz qalır. Mən deməzdim ki, qadınlar məişət zorakılığına çox məruz qalır." deyə qeyd edib. Deputatın fikrincə “qadınlar daha çox fiziki zorakılığa məruz qalırlar, məişət zorakılığına yox. Çünki bir çox hallarda qadınlarımız özləri ailədə həyat yoldaşlarına, uşaqlarına qarşı dözülməz vəziyyət yaradırlar”. Onun açıqlaması “oxu.az” və “Apa.az” saytları tərəfindən "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir" başlığı ilə tirajlanıb. 

Fakt Yoxla” deputatın bu açıqlamasının doğru olub-olmadığını araşdırıb. 

Məişət zorakılığı” anlayışı Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əsasən müəyyən edilib. Qanun “məişət zorakılığı” anlayışını “qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunda göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması” kimi izah edir. Qanuna əsasən məişət zorakılığına sadəcə fizikimənəvi zorakılıq yox, həmçinin iqtisadi, psixoloji və cinsi zorakılıq da daxil edilir. Bir sözlə məişət zorakılığından zərərçəkmiş şəxs bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi fiziki, psixi, iqtisadi, cinsi zorakılıq hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərərçəkmiş şəxsdir.

Nazirlər Kabinetinin məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydalarını təsdiq edən 2011-ci il 19 dekabr tarixli qərarına əsasən, məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. Bu məlumat bankının yaradılmasına baxmayaraq, vətəndaşların məlumat bankına açıq və sərbəst çıxışı mümkün deyil. Bu səbəblə də məişət zorakılığı ilə bağlı statistik məlumatları yalnız digər mənbələrdən əldə etmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkmiş qadınların sayı 1224, kişilərin sayı isı 289 nəfər olub. Dövlət Statistika Komitəsi məişət cinayətlərinə qəsdən adam öldürməni, qəsdən sağlamlığa ağır zərbə vurmanı, zorlamanı və s. aid edir. 

Aşağıdakı cədvəldə Dövlət Statistika Komitəsinin məlumatları əsasında 2020-2023-cü illər arasında məişət zorakılığı ilə bağlı cinayətlərin və zərərçəkənlərin statistikası verilib (Cədvəl 1).

Cədvəl 1: 2020-2023-cü illər arasında məişət zorakılığı ilə bağlı cinayətlərin və zərərçəkənlərin statistikası

Mənbə: DSK

Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, komitəyə 2023-cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub. Müraciət edənlərin 27 nəfəri kişi, 478 nəfəri isə qadındır. 2022-ci ildə isə məişət zorakılığına məruz qalmaları ilə bağlı Komitəyə 475 qadın, 20 nəfər kişi müraciət edib. Komitənin 2021-ci il tarixli hesabatında konkret rəqəmlər göstərilməsə də, məişət zorakılığına məruz qalanların əksəriyyətinin qadınlar olduğu qeyd edilir. Həmin il sığınacaqda yerləşənlərin ümumi sayında qadınlar 92%, kişilər isə 8% təşkil edib.

Daxili İşlər Nazirliyinin məlumatlarında da məişət zorakılığına məruz qalan şəxslər arasında qadınların sayının yüksək olduğu görünür. Belə ki, 2023-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 1482 cinayət işi qeydə alınıb, zərər çəkmiş qadınların sayı 1224, kişilərin sayı isə 289 nəfər olub. 2022-ci il ərzində isə Daxili İşlər Nazirliyində məişət zorakılığı halları ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175, xəsarət alan qadınların sayı 1132 nəfər olub. 2021-ci ildə isə məişət zorakılığı halları ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1196, xəsarət alan qadınların sayı 1150 nəfər olub. 

Xatırladaq ki, məişət zorakılığı ilə bağlı verilən rəqəmlər rəsmi qurumlara mürəciət və şikayətlər, həmçinin cinayətlə nəticələnən hadisələr əsasında hazırlanıb. Məişət zorakılığı sahəsində qeyri-rəsmi və real göstəricilərin daha da yüksək olduğu şübhəsizdir.

Qeyd edilən məlumatların müqayisəsi Azərbaycanda son illərdə məişət zorakılığına məruz qalanların böyük əksəriyyəsinin qadınlar olduğunu göstərir. Həmçinin məişət zorakılığı ilə bağlı qanunvericilik Qüdrət Həsənquliyevin açıqlamasının əksinə olaraq “fiziki zorakılığı” da “məişət zorakılığı”nın tərkib hissəsi kimi qiymətləndirilir. 

Nəticə olaraq, “Fakt Yoxla”-nın gəldiyi nəticəyə əsasən Qüdrət Həsənquliyevin açıqlaması yanlışdır. 

Zəruri qeyd: Deputat Qüdrət Həsənquliyevin açıqlamasından tam anlaşılmır ki, deputat “qadınların kişilərə nəzərən daha çox məişət zorakılığına məruz qalması”nı yaxud “qadınların məişət zorakılığına say olaraq çox məruz qalması”nı nəzərdə tutur. Açıqlamanın məzmunu ilk versiyanı daha çox təsdiqləyir. Yuxarıda adı çəkilən media qurumları da deputata istinadən ilk versiyanı başlıq kimi təqdim etdikləri üçün açıqlama bu istiqamətdə yoxlanılıb. “Fakt Yoxla” Milli Məclisin iclası ilə bağlı stenoqram dərc olunduqda mətni yeniləyəcək. 

“Oxu.az” – “Deputat: "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir"

“Apa.az” – “ Qüdrət Həsənquliyev: Kişilər məişət zorakılığından daha çox əziyyət çəkir "

“E-qanun.az” – “Məişət zorakılığının qarşısının alınması haqqında

“E-qanun.az” – “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları 

“Benefisiar.org” – “Məişət zorakılığı nədir?

“Stat.gov.az” – “2023-cü ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin cins bölgüsü

“Stat.gov.az” - “2023-cü ildə məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlər

“Azertag.az” – “Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

“E-huquq.az” – “Məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə müraciət edən kişilərin sayı açıqlandı

“Family.gov.az” – “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi hesabatı

“Family.gov.az” – “Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatı keçiriləcək

“Report.az” – “Ötən il məişət zorakılığı törədən 88 qadın, 1298 kişi məsuliyyətə cəlb olunub

“Report.az” – “Azərbaycanda məişət zorakılığı zəminində öldürülən qadınların sayı açıqlanıb

Yanlış
  • 21 Noyabr, 2024
  • 244

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə