logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

AMEA: Azərbaycan akademik nəşrlərin sayına görə Cənubi Qafqazda birincidir

AMEA: Azərbaycan akademik nəşrlərin sayına görə Cənubi Qafqazda birincidir

“Son 5 ildə akademik nəşrlərin sayı 80% artmış və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşmışdır”. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında yerləşdirilən açıqlamada belə deyilir. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Bu açıqlama Prezident İlham Əliyevin Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması, 37-dək institut və elmi müəssisənin AMEA-nın nəzdindən alınıb nazirliyin tabeliyinə verilməsinə dair imzaladığı fərmanlardan bir gün sonra dərc olunub.  

Akademik yayımlarla bağlı göstəricilərin yer aldığı “SCİMAGO” platformasının məlumatına görə, akademik nəşrlərin sayına görə Cənubi Qafqazda liderliyi Azərbaycan yox, Gürcüstan edir. Belə ki, 2021-ci ildə Azərbaycanda 1829, Gürcüstanda 2028, Ermənistanda isə 1243 elmi nəşr qeydə alınıb. 

Son 5 ildə Azərbaycanda bu tipli elmi vəsaitlərin sayı 80 faiz deyil, 55 faiz artıb. 

2021-ci ilin sonunda Gürcüstanda əhalinin hər 100 min nəfərinə düşən akademik nəşrlərin sayı 54, Ermənistanda 42, Azərbaycanda isə 18 olub. Beləliklə, son beş ildə Cənubi Qafqazda həm elmi nəşrlərin ümumi, həm də adambaşına düşən sayına görə 1-ci yerdə Gürcüstan, sonuncu yerdə isə Azərbaycan qərarlaşıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, AMEA-nın açıqlaması yanlışdır.

Yanlış
  • 15 Avqust, 2022
  • 386

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə