logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Dollar üzərində səlibçi simvollar var?

Dollar üzərində səlibçi simvollar var?

Xəbərin qısa icmalı

- “Milli Fədailər Hərəkatı”nın feysbuk səhifəsində paylaşılan yazıda əskinasın ilk səlib yürüşünü əks etdirdiyi qeyd edilib: “ABŞ 1 dolların ... arxa üzündə isə ... Roma rəqəmi ilə 1099-cu il göstərən İslam dünyasına ilk xaçlı xristian səfəri zamanı yəhudilərin Fələstin dövlətinin Qüds şəhərinin Süleyman Məbədi göstərən işarə qeyd olunub”.

- Əskinasın arxa tərəfində qeyd olunan "MDCCLXXVI" detalı piramidanın alt hissəsində yerləşir. Ancaq bu Roma rəqəmləri ilə 1099-a yox, 1776-ya bərabərdir. 1776-cı il isə ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edildiyi ili təmsil edir. Roma rəqəmləri ilə ifadə olunan tarixin Səlib yürüşlərinə və 1099-cu ili əks etdirdiyi fərziyyəsi əsassızdır. 

ABŞ dollarının üzərində olan simvollar hər zaman konspirasiya nəzəriyyələrinin məşhur mövzusu olub. Konspirasiya nəzəriyyələri daha çox dini-siyasi elementlər üzərində cəmlənir. 

Bununla bağlı növbəti iddia “Milli Fədailər Hərəkatı”nın feysbuk səhifəsində dərc olunub.

Yanvarın 12-də paylaşılan yazıda əskinasın ilk səlib yürüşünü əks etdirdiyi qeyd edilib: 

“ABŞ 1 dolların ... arxa üzündə isə ... Roma rəqəmi ilə 1099-cu il göstərən İslam dünyasına ilk xaçlı xristian səfəri zamanı yəhudilərin Fələstin dövlətinin Qüds şəhərinin Süleyman Məbədi göstərən işarə qeyd olunub”.

“Fakt Yoxla” məlumatların doğru olub-olmadığını təhlil edib.

Mənbə: “Milli Fədailər Hərəkatı” feysbuk səhifəsi

Postda iddia edilir ki, Roma rəqəmləri ilə təqdim edilmiş “1099-cu il” müsəlmanların üzərinə ilk xaç yürüşünün tarixini göstərir. Əskinazın arxa üzündə həqiqətən də Roma rəqəmləri ilə bir “ədəd” təsvir edilib. Piramidanın alt hissəsinə nəzər saldıqda bu ədədi görmək olur.
 

Mənbə: “The Hill” qəzeti

Əskinasın arxa tərəfində qeyd olunan "MDCCLXXVI" detalı piramidanın alt hissəsində yerləşir. Ancaq bu Roma rəqəmləri ilə 1099-a yox, 1776-ya bərabərdir. 1776-cı il isə ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edildiyi ili təmsil edir. Roma rəqəmləri ilə ifadə olunan tarixin Səlib yürüşlərinə və 1099-cu ili əks etdirdiyi fərziyyəsi əsassızdır. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, xəbər yanlışdır.

Yanlış
  • 4 Fevral, 2025
  • 1289

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə