logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Xüsusi karantin rejimində YAP-ın qurultayının keçirilməsi qanunidirmi?

Xüsusi karantin rejimində YAP-ın qurultayının keçirilməsi qanunidirmi?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) martın 5-də VII qurultayını keçirib.

Xüsusi karantın rejimində tətbiq edilən məhdudiyətlərə baxmayaraq, qurultay online qaydada deyil, partiyanın qərargahında baş tutub. 

Partiyanın sədri, prezident İlham Əliyev və sədrin birinci müavini Mehriban Əliyeva qurultaya video-konfrans formatında qatılıb. Ancaq qurultayın digər iştirakçıları partiyanın baş qərərgahında toplanıb və tədbirdə çoxlu sayda insan iştirak edib.  

“Fakt Yoxla” YAP-ın canlı qurultay keçirməsinin xüsusi karantin rejimində tətbiq edilən məhdudiyyətlərlə ziddiyət təşkil edib-etməməsini analiz edib.

Azərbaycanda 24 mart 2020-ci ildən etibarən xüsusi karantin rejimi tətbiq edilir

Nazirlər Kabinetinin sonuncu qərarında xüsusi karantin rejiminin 1 aprel 2021-ci ilə qədər uzaldıldığı açıqlanmışdı.

Operativ Qərargahın xüsusi karantin rejimində tətbiq edilən məhdudiyyətlərlə bağlı qaydalarında qeyd edilir ki, ölkə ərazisində bütün kütləvi tədbirlərin keçirilməsi və şəxslərin 10 nəfərdən artıq qruplarla cəmləşməsi qadağandır.

Bakı Şəhər İcra Hakimiyyəti 17 iyun 2020-ci ildə Respublikaçı Alternativ (REAL) partiyasının təsis konfransı keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə ölkədə karantin rejiminin mövcud olması əsası ilə imtina cavabı verib.

https://lh5.googleusercontent.com/iGsVRk9KV_ykZy6HVpj3hXVElrKqqHzYwg6mQXjODZC8DLjDr5Mc7DK4_2qBOWlEul_pE7vfLtoKVeIdZvgszOYld9bZk1di-TJGl973HRPS2m-mViWyDOw-WvbaNUIve601BpE

Foto ReAl Partiyasının sədri İlqar Məmmədovun “Facebook” hesabından götürülüb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, iqtidar partiyasının xüsusi karantin rejimində öz qərargahında qurultay keçirməsi Nazilər Kabinetinin qəbul etdiyi məhdudiyyiyyətlərlə ziddiyət təşkil edir və qurultayın bu formada keçirilməsi qanun pozuntusudur.  

 

Analiz
  • 9 Mart, 2021
  • 2513

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə