logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Oxu.az”: Ölkədə vaksinasiya olunanların sayı 4 milyonu keçdi

“Oxu.az”: Ölkədə vaksinasiya olunanların sayı 4 milyonu keçdi

“Oxu.az” xəbər portalının 9 iyul 2021-ci il tarixdə peyvənd olunanlarla bağlı yaydığı xəbərdə qeyd edilir: “Ölkədə vaksinasiya olunanların sayı 4 milyonu keçdi”. 

Xəbərdə peyvənd olunanların sayı ilə bağlı məlumat Operativ Qərərgaha istinad edilərək verilir.

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb. 

Nazirlər Kabineti yanında Operativ Qərərgahın 9 iyuldakı açıqlamasında göstərilir ki, həmin günədək ölkədə vurulan peyvənd dozalarının sayı 4 milyon 15 minə bərabər olub, vurulan şəxslərin deyil.

9 iyul 2021-ci ilə qədər peyvəndin ilk dozasını qəbul edənlərin sayı 2 milyon 438 min nəfər, hər iki dozasını qəbul edənlərin sayı isə 1 milyon 578 min nəfər olub. 

Bu isə o deməkdir ki, 9 iyul 2021-ci il tarixində ölkə üzrə ümumilikdə 2 milyon 438 min nəfərə peyvənd vurulub. Onların 1 milyon 578 min nəfəri hər iki doza peyvəndi qəbul edib, 860 min nəfər isə hələlik, sadəcə, 1-ci dozanı qəbul edib.

Yəni cədvəldə 1-ci və 2-ci mərhələ üzrə peyvənd olunanların sayı ayrılıqda göstərilməyib, 1-ci mərhələ üzrə peyvənd olunanların sayında artıq ikinci dozanı qəbul edən şəxslər də, nəzərə alınıb. 

Saytın xəbərində isə yanlış olaraq 1-ci və 2-ci mərhələ üzrə peyvənd olunanların göstəriciləri toplanıb və 4 milyondan çox insanın peyvənd olunduğu bildirilib. 

TƏBİB-in peyvəndləmə ilə bağlı hesabatı və Operativ Qərargahın açıqlamalarının üst-üstə düşməsi də bu faktı təsdiqləyir. Belə ki, hesabatda 1-ci doza peyvənd vurulanların sayı ilə Operativ Qərargahın açıqladığı peyvənd vurduran bütün vətəndaşların sayı eynidir. 

Koronavirus və peyvəndləmə ilə bağlı dünya üzrə bütün ölkələrin datalarının toplandığı “Our World in Data” platformasının 9 iyul tarixində Azərbaycanla bağlı göstəricilərində qeyd edilir ki, 9 iyul tarixində Azərbaycan əhalisinin 16 faizi (təxminən 1 milyon 600 min şəxs) peyvəndin hər iki dozasını, ölkə əhalisinin 8,5 faizi isə (təxminən 850 min nəfər), sadəcə 1-ci dozanı qəbul edib. Yəni ölkədə ümumilikdə 2,4 milyon nəfər 1 və ya 2 doza peyvənd qəbul edib. 

https://lh3.googleusercontent.com/NTE0Idbe003pBjrEdIrdJcUf7utk-yuZ-mpiCgw7HciOyc1QKBoz_bzFhSch6cZhraS9fxXknq6cFz1avCboKi4ta4VEeUNmPZbnUdc1jENDAyY_7fdIFpr93nDR5g

“Fakt Yoxla”nın araşdırmasına görə, “oxu.az” saytının Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayının 4 milyonu keçməsi ilə bağlı xəbəri saxtadır.

“oxu.az”, Ölkədə peyvəndasiya olunanların sayı 4 milyonu keçdi

“Operativ Qərərgah”. 9 iyul 2021-ci il

“TƏBİB”, Ümumi Statistika üzrə İcmal

“Operativ Qərərgah”, 18 iyun 2021-ci il

“Our World in Data”, Share of People vaccinated against COVID-19, Jul 9, 2021

Saxta Xəbər
  • 22 İyul, 2021
  • 538

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə