logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Baydeni Rotşildlər hakimiyyətə gətirib?

Baydeni Rotşildlər hakimiyyətə gətirib?

“Baydenin və onun da təmsilçisi olduğu Demokratlar Partiyasının senatorlarını qlobal maliyyə mərkəzlərindən Rotşildlər hakimiyyətə gətiriblər”.

Bu iddia “sputnik.az” saytında dərc olunan  “ABŞ Cənubi Qafqazdakı proseslərə mane olur? - Qərb niyə narahatdır” başlıqlı məqalədə yer alıb.

“Fakt Yoxla” iddianın doğru olub‒olmadığını yoxlayıb.

Demokratlar Partiyası ABŞ-da fəaliyyət göstərən iki əsas siyasi partiyadan biridir. Hazırkı prezident Co Bayden də daxil olmaqla bu partiyanı təmsil edən 16 şəxs ABŞ-ın prezidenti olub. 

ABŞ-da sonuncu seçkilər 2020-ci ilin noyabrın 3-də keçirilib. Seçkilərdə həm yeni prezident seçilir, həm də 100 üzvlü Senatın üçdə biri və 450 nəfərlik Nümayəndələr Palatasının tərkibi yenilənir.

ABŞ‒da senatorlar altı il müddətinə seçilirlər. Senatın yalnız üçdə biri hər seçki dövründə yenilənir. Konstitusiyaya görə, 30 yaşı olan və ən azı 9 il ABŞ vətəndaşı olan hər kəs yaşadığı ştatdan senatorluğa namizədliyini irəli sürə bilər. Noyabr seçkilərindən sonra demokratlar Senatda çoxluğa nail olublar.

1972-ci ildə Delaver ştatından ABŞ senatoru olmaq istəyən Baydenin seçkilər ərəfəsində keyfiyyətli kampaniya aparmaq üçün demək olar ki, maddi vəsaiti olmayıb. Lakin o, sözügedən ştatın ərazisinin kiçik və əhalisinin azlığının verdiyi üstünlüklə seçicilərlə üz-üzə görüşüb, kampaniya flayerləri paylayıb

Nəticədə 30 yaşında, respublikaçı rəqibi Kaleb Boqqsu məğlub edərək ABŞ tarixinin ən gənc 6-cı senatoru seçilib. O, 36 il fasiləsiz Delaver senatorluğu vəzifəsində fəaliyyət göstərib. Bayden 2009-cu ildən 2017‒ci ilədək Barak Obamanın prezidentliyi dövründə vits‒prezident vəzifəsini icra edib. 

2020-ci ildə keçirilən seçkilərdə Bayden respublikaçı Donald Trampa qalib gələrək ABŞ-ın 46-cı prezidenti seçilib. Donald Tramp isə dəfələrlə qələbəsinin oğurlandığını  iddia etsə də, onun komandası kütləvi saxtakarlıqla bağlı əsaslı faktlar irəli sürə bilməyib. Həm ştatların hakim orqanları, həm də beynəlxalq müşahidəçilər Trampın ittihamlarını əsassız sayıblar.

Rotşildlərin demokrat senatorları hakimiyyətə gətirməsinə gəlincə, “Forbes” jurnalının “Amerikanın ən zəngin ailələri respublikaçılardır, yoxsa demokratlar?” adlı araşdırmasında ABŞ siyasətçilərinə dəstək verən 50 zəngin ailənin adı qeyd olunub. Həmin siyahıda Rotşildlərin adı yoxdur.

Beləliklə, Rotşildlərin Baydeni və Demokratlar Partiyasının senatorlarını hakimiyyətə gətirməsi haqqında iddia ilə bağlı heç bir sübut yoxdur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, iddia anti-Qərb propaqandasıdır.

“sputnik.az”, ABŞ Cənubi Qafqazdakı proseslərə mane olur? - Qərb niyə narahatdır

“npr.org”, Biden's Road to Senate Took Tragic Turn

“washingtonian.com”, Joe Biden: “Everyone Calls Me Joe”

“archive.org”, Current Biography Yearbook 1987, səhifə 43.

“forumdaily.com”, Demokratlar və Respublikaçılar necə fərqlənir və ABŞ-da onları kim dəstəkləyir

“ballotpedia.org”, State government trifectas

“amerikaninsesi.com”, ABD Seçim Sistemi Nasıl İşliyor?

“dw.com”, Demokratlar Senato'da da çoğunluğu ele geçirdi

“azadliq.org”, ABŞ-da prezident seçkisinin qalibi Joe Biden-dır

“azadliq.org”, Tramp yenə seçki saxtakarlığından danışır

“azadliq.org”, Prezident seçkisində irimiqyaslı saxtakarlığa dəlil tapılmayıb

“azadliq.org”, Səslərin təkrar sayılması da Baydenin üstünlüyünü göstərir

“Cisa.gov” - Joint Statement from Elections Infrastructure Government Coordinating Council & the Election Infrastructure Sector Coordinating Executive Committees

“azadliq.org”, Seçkidə pozuntu olmasına ‘dəlil yoxdur’

“faktyoxla.info”, “Real TV” Baydeni saxta yolla hakimiyyətə gəlməkdə ittiham edib

“Factcheck.org”, Tag: 2020 Election

 “CNN.com”, A constitutional amendment and a time machine': Fact-checking calls to decertify the 2020 election

 “Politifact.com”, PolitiFact's coverage of Election 2020

 “archive.org”, Joseph Biden - Vice President

Anti-qərb dezinformasiyası
  • 27 Aprel, 2022
  • 3013

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə