logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azər Badamov: “Azərbaycanın qeyri-neft ixracının 90%-ə qədəri Rusiyaya ixrac olunur”

Azər Badamov: “Azərbaycanın qeyri-neft ixracının 90%-ə qədəri Rusiyaya ixrac olunur”

Milli Məclisin Qusardan olan deputatı Azər Badamov (YAP) Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında imzalanan Məsləhətləşmələr Planı il bağlı təndiqlərə münasibət bildirib. 

Müxalifəti qərəzli olmaqda ittiham edən deputat deyib ki, tənqidlərin sifarişçiləri dövlətin əsaslarını zəiflətməyə çalışırlar.

“Azərbaycanın qeyri-neft ixracının 90%-ə qədərinin Rusiya bazarlarına ixrac olunmasından, yəqin, radikalların xəbəri yoxdur”, – deyə deputat vurğulayıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  məlumatına görə, 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı toplam 2 milyard 400 milyon dollar təşkil edib. Bu sahə üzrə ixracın 70 faizi Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Qazaxıstanın payına düşüb.

2022-ci il hələ bitmədiyindən yuxarıdakı məlumatlar tam təsəvvür yaratmaya bilər. Son illərin statistikasına nəzər salanda məlum olur ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracında Rusiyanın payında o qədər də dəyişiklik olmayıb.

Beləliklə, rəsmi məlumatlar Rusiyanın qeyri-neft ixracı sektorundakı payının 90 faizə yaxın olduğuna dair iddianı inkar edir. Bu göstərici son beş ildə 32,5-35,9 faiz arasında dəyişib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Azər Badamovun iddiası yanlışdır.

Yanlış
  • 14 Dekabr, 2022
  • 479

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə