logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

“Agricola.az” şirkətinin direktoru Xaliq Məmmədov: “Azərbaycan özünü qoyun əti ilə 100 % təmin edir”

“Agricola.az” şirkətinin direktoru Xaliq Məmmədov: “Azərbaycan özünü qoyun əti ilə 100 % təmin edir”

Xəbərin qısa icmalı

“Agricola.az” şirkətinin direktoru Xalid Məmmədov “Report”-a müsahibəsində Azərbaycanın özünü qoyun əti ilə 100 % təmin etdiyini qeyd edib. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda qoyunların sayında 2016-cı ildən etibarən azalma müşahidə edilir. 2016-cı ildə 7.9 milyon baş olan qoyun sayı 2023-cü ilin göstəricilərinə əsasən 16,4 faiz azalaraq 6.6 milyon başa enib.

Ölkə üzrə qoyunların sayındakı azalma onların diri çəki artımı və cəmdək çəkilərində də azalma ilə müşahidə edilir. Yəni ki, azalan sadəcə say deyil, həm də qoyun ətinin keyfiyyət və məhsuldarlığıdır. Azərbaycanda qoyun sayının azalmasına paralel olaraq xaricdən idxal olunan diri qoyun sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ildə xaricdən 117574 baş diri qoyun idxal olunduğu halda, 2023-cü ildə bu rəqəm 320543 başa yüksəlib.

- Dövlət Statistika Komitəsi ərzaq balansı ilə bağlı məlumatlarında ölkənin qoyun əti ilə təminatı ilə bağlı göstəricilərə yer verib (Cədvəl 3). Göstəricilər 2018-ci ildən etibarən qoyun əti ilə bağlı istehsal və istehlak göstəriciləri arasında ciddi fərqin yarandığını, təminat faizinin 99%-dən 95.5%-ə düşdüyünü aydın şəkildə göstərir. 

“Agricola.az” şirkətinin direktoru Xalid Məmmədov “Report”-a müsahibəsində Azərbaycanın özünü qoyun əti ilə 100 % təmin etdiyini qeyd edib. 

Fakt Yoxla” şirkət direktorunun açıqlamasının doğru olub-olmadığını yoxlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda qoyunların sayında 2016-cı ildən etibarən azalma müşahidə edilir. 2016-cı ildə 7.9 milyon baş olan qoyun sayı 2023-cü ilin göstəricilərinə əsasən 16,4 faiz azalaraq 6.6 milyon başa enib. Aşağıdakı cədvəldə illər üzrə qoyun saylarındakı azalma göstəriciləri öz əksini tapıb (Cədvəl 1):

Cəvdəl 1. Qoyun sayının statistikası (2016-2023)

Mənbə: DSK

Ölkə üzrə qoyunların sayındakı azalma onların diri çəki artımı və cəmdək çəkilərində də azalma ilə müşahidə edilir. Yəni ki, azalan sadəcə say deyil, həm də qoyun ətinin keyfiyyət və məhsuldarlığıdır.

Azərbaycanda qoyun sayının azalmasına paralel olaraq xaricdən idxal olunan diri qoyun sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ildə xaricdən 117574 baş diri qoyun idxal olunduğu halda, 2023-cü ildə bu rəqəm 320543 başa yüksəlib (Cədvəl 2).

Cədvəl 2. Xaricdən idxal olunan diri qoyun sayı (2021-2023)

Mənbə: Musavat.com, Banker.az

Ölkəyə idxal olunan diri qoyunların böyük əksəriyyəti Gürcüstanın payına düşsə də, Rusiya və Türkiyə də əsas idxalçılar sırasında yer alır. 2023-cü ilin ilk 10 ayında Azərbaycan xarici ölkələrdən 312933 baş diri qoyun idxal edib. Bu rəqəmdən 214191 baş qoyun Gürcüstandan, 98152 baş Rusiyadan və  590 baş isə Türkiyədən gətirilib. 2022-ci ildə Azərbaycana idxal edilən 194562 baş diri qoyunun 90.4%-i Gürcüstanın payına düşüb. 2021-ci ildə alınmış 117574 ədəd diri qoyunun 56% -i Gürcüstanın, 38%-i isə Rusiyanı payına düşüb. 

Dövlət Statistika Komitəsi ərzaq balansı ilə bağlı məlumatlarında ölkənin qoyun əti ilə təminatı ilə bağlı göstəricilərə yer verib (Cədvəl 3). Göstəricilər 2018-ci ildən etibarən qoyun əti ilə bağlı istehsal və istehlak göstəriciləri arasında ciddi fərqin yarandığını, təminat faizinin 99%-dən 95.5%-ə düşdüyünü aydın şəkildə göstərir. 

Cədvəl 3. 2018-2023-cü illər ərzində qoyun ətinin istehsal və istehlak göstəriciləri

Mənbə: DSK

Qoyun əti üzrə idxal məlumatları isə 2018-2023-cü illər arasında xaricdən idxal olunan qoyun ətinin miqdarında ciddi artımın olduğunu deməyə əsas verir (Cədvəl 4).

Cədvəl 4. 2018-2023-cü illər ərzində qoyun ətinin idxal göstəriciləri

Mənbə: DSK

Yuxarıdakı məlumatların müqayisəsi göstərir ki, 2023-cü ildə Azərbaycanda təsərrüfatlarda olan xırda buynuzlu heyvan sayının 4.8%-i  qədər diri qoyun, istehsal olunan xırda buynuzlu  heyvan ətinin 5.3%-i qədər isə qoyun əti xaricdən idxal edilib. Ölkənin özünü qoyun əti ilə təminetmə səviyyəsi isə 95.5%-dir. 

Fakt Yoxla”-nın gəldiyi nəticəyə əsasən Agricola.az” şirkətinin direktoru Xaliq Məmmədovun açıqlaması yanlışdır.

Yanlış
  • 21 Noyabr, 2024
  • 320

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə