logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Zahid Oruc: “Paşinyan “Qarabağ Azərbaycandır” deyə onu tanıyır, amma Bayden tanımır, Makron tanımır”

Zahid Oruc: “Paşinyan “Qarabağ Azərbaycandır” deyə onu tanıyır, amma Bayden tanımır, Makron tanımır”

Xəbərin qısa icmalı

Milli Məclisisin deputatı, prezidentliyə namizəd Zahid Oruc prezidentliyə namizədlərin “İctimai TV”də keçirilən pulsuz efir vaxtında iddia edib ki, Jozef Bayden və Emmanuel Makron Qarabağı Azərbaycanın ərazisi kimi tanımır.

- ABŞ-ın bəzi ştatlarıFransa parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul etsə də həm ABŞ, həm də Fransa keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nı tanımadıqlarını bəyan edib.

- İddiada adı keçən Co Bayden və Makron da Azərbaycanın ərazi bütövlüyü və Qarabağla bağlı mövqe ifadə ediblər. Hələ 2016-cı ildə ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edən Co Bayden İlham Əliyevlə görüşü zamanı ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün əhəmiyyət daşıdığını qeyd edib. 2020-ci ildə Fransa Prezidenti Emmanuel Makron açıqlamasında “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ona bitişik digər rayonlar Azərbaycan ərazisi hesab olunur. Buna görə suveren dövlətin istəyi olmadan onun işlərinə müdaxilə etmək yolverilməzdir” deyə bildirmişdi.

Milli Məclisisin deputatı, prezidentliyə namizəd Zahid Oruc prezidentliyə namizədlərin “İctimai TV”də keçirilən pulsuz efir vaxtında iddia edib ki, Jozef Bayden və Emmanuel Makron Qarabağı Azərbaycanın ərazisi kimi tanımır. (29:35-29:41).

Qeyd edək ki, bu iddiada ABŞ və Fransanın Azərbaycan ərazi bütövlüyünə münasibəti başa düşülür.

“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

1992-ci il oktyabrın 24-də ABŞ Konqresi Azadlığa Dəstək Aktına 907-ci düzəlişi edərək ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına (bələdiyyələrə) birbaşa yardımını qadağan edib. Qeyd edək ki, Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın Dağlıq Qarabağ ermənilərini və Ermənistanı blokadada saxladığını əsas gətirərək qəbul edib. Lakin, 2001-ci ildən başlayaraq ABŞ prezidentləri Corc Buş, Barak Obama, Donald Tramp və Cozef Bayden administrasiyaları hər il bu düzəlişi dondurublar. 2023-cü ildə akt yenidən bərpa olunub.

ABŞ-ın bəzi ştatlarıFransa parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul etsə də həm ABŞ, həm də Fransa keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nı tanımadıqlarını bəyan edib. Məsələn, 2007-ci ildə həmin vaxt ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders keçmiş, tanınmamış “Dağlıq Qarabağ Respublikası”ında keçirilən prezident seçkilərinə ölkəsinin rəsmi münasibətini bildirərkən deyib ki, ABŞ “Dağlıq Qarabağ Respublikası” adında dövlət tanımır. 2009-cu ildə ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson eyni məzmunlu açıqlama verib. 2016-cı ildə ABŞ-ın Azərbaycandakı səfirliyi Corciya ştatının Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qətnaməsi ilə bağlı bəyanatında bildirib: “ABŞ qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ştatın qanunverici orqanının fikridir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişməyəcək".

Fransa XİN müxtəlif vaxtlarda Fransanın tanınmamış “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını, onun nümayəndəsi olduğunu iddia edənlərlə heç bir münasibət saxlamadığını bəyan edib (mənbə 1, 2, 3). 13 yanvar 2023-cü ildə də Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive Yerevanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında deyib ki, Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. 

Son olaraq qeyd edək ki, iddiada adı keçən Co Bayden və Makron da Azərbaycanın ərazi bütövlüyü və Qarabağla bağlı mövqe ifadə ediblər. 

Hələ 2016-cı ildə ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edən Co Bayden İlham Əliyevlə görüşü zamanı ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün əhəmiyyət daşıdığını qeyd edib.

2020-ci ildə Fransa Prezidenti Emmanuel Makron açıqlamasında “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ona bitişik digər rayonlar Azərbaycan ərazisi hesab olunur. Buna görə suveren dövlətin istəyi olmadan onun işlərinə müdaxilə etmək yolverilməzdir” deyə bildirmişdi.

Qeyd edək ki, Ermənistan da daxil olmaqla, BMT-ə üzv olan heç bir ölkə tərərfindən bu keçmiş separatçı “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi tanınmayıb. Bu ərazi BMT də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Həm ABŞ (25 dekabr 1991-ci ildə), həm də Fransa (3 yanvar 1992-ci ildə) Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 

Daimi üzv olaraq həm ABŞ, həm də Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağ müharibəsi ilə bağlı 822, 853, 874, 884 nömrəli 4 qətnaməsinin lehinə səs verib. 1993-cü ildə qəbul edilən bu qətnamələrə əsasən erməni silahlı birləşmələri işğal olunan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər əraziləri tərk etməli idilər.

Beləliklə, həm ABŞ, həm də Fransa, həmçinin Bayden və Makron Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, keçmiş “Dağlıq Qarabağ Respublikası”nı isə tanımadıqlarını bildiriblər. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Zahid Orucun iddiası yanlışdır.

“youtube.com”, Prezidentliyə namizədlərin xarici siyasətə baxışı | seçkilər

“president.az”, İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Co Baydenin görüşü olub

“washington.mfa.gov.az”, Siyasi əlaqələr

“mfa.gov.az”, Fransa Respublikası

“digitallibrary.un.org”, Security Council resolution 822 (1993) [on the conflict between Armenia and Azerbaijan]

“digitallibrary.un.org”, Resolution 853 (1993) / adopted by the Security Council at its 3259th meeting, on 29 July 1993.

“digitallibrary.un.org”, Security Council resolution 874 (1993) [on settlement of the conflict in and around Nagorny Karabakh]

“digitallibrary.un.org”, Security Council resolution 884 (1993) [on the conflict in and around Nagorny Karabakh]

“amerikaninsesi.org”, Terri Devidson: Amerika Dağlıq Qarabağ adlı hökumət tanımır

“amerikaninsesi.org”, ABŞ səfirliyi: ABŞ qondarma Dağlıq Qarabağ Respublikasını tanımır

“azadliq.org”, Amerika «Dağlıq Qarabağ Respublikası» adında dövlət tanımır

“jam-news.net”, Fransa Dağlıq Qarabağı tanımır – XİN-in bəyanatı

“d9mc3ts4czbpr.cloudfront.net”, Rəsmi Paris: Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır

 “azadliq.org”, Fransa: 'Dağlıq Qarabağı tanımırıq'

“d9mc3ts4czbpr.cloudfront.net”, Yael Bron-Pive: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”

“azadliq.org”, Qarabağ münaqişəsində Fransasayağı çözümün dəyərləndirilməsi…

“mikroskopmedia.com”, Fransa senatı Qarabağın müstəqilliyini tanıyan qətnaməyə baxacaq

“azadliq.org”, Havay Dağlıq Qarabağı tanıyıb

“azadliq.org”, Tomas de Vaal: ‘Qarabağ indi Rusiyanın anklavıdır’

“faktyoxla.info”, 907-ci düzəliş nə deməkdir?

“facebook.com”, Azadlıq Radiosunun Facebook paylaşımı

“jam-news.net”, Fransa Senatı “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul edib

Yanlış
  • 30 Yanvar, 2024
  • 2064

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə