logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

“Yeni Azərbaycan” qəzeti: Avropada müsəlmanlara qarşı təqib və təhqirlər tendensiyaya çevrilir

“Yeni Azərbaycan” qəzeti: Avropada müsəlmanlara qarşı təqib və təhqirlər tendensiyaya çevrilir

Hakim Yeni Azərbaycan Partiyasının "Yeni Azərbaycan" qəzetində dərc edilən məqalədə iddia edilir ki, Avropada müsəlmanlara qarşı təqib və təhqirlər tendensiyaya çevrilir. “Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir”, - məqalədə belə deyilir.

Fakt Yoxla” xəbərin doğru olub-olmadığını araşdırıb.

Qəzet Avropada müsəlmanların təqib və təhqirlərə məruz qaldığını iddia etsə də, statistikaya və Avropa ölkələrinin siyasətinə daha dərindən nəzər saldıqda bu iddiaların əksinə olan mənzərə ortaya çıxır.

Avropa ölkələrində məskunlaşan milyonlarla müsəlman yaşadıqları cəmiyyətin ayrılmaz tərkib hissəsidir və cəmiyyətin müxtəlifliyinə böyük töhfə verirlər. Avropada islamofobiya ilə bağlı ayrı-ayrı hadisələr baş versə də, bu hallar həm hökumətlər, həm də cəmiyyət tərəfindən geniş şəkildə tənqid olunur. Avropa İttifaqında dini ayrı-seçkiliklə mübarizə aparmaq üçün müxtəlif layihələr həyata keçirilir. Avropa Komissiyası, təhsil, dialoq və hüquq-mühafizə islahatlarını inkişaf etdirərək, irqçilik, o cümlədən islamofobiya ilə mübarizə aparmağı hədəfləyən 2020-2025 İrqçilik Əleyhinə Fəaliyyət Planı kimi təşəbbüslər irəli sürüb. Bu addımlar təşkilat daxilində inklüziv cəmiyyətlərin qurulmasına sadiqliyi nümayiş etdirir.

"Yeni Azərbaycan" qəzeti Avropada müsəlmanlara qarşı hərəkətlərin hökumət dəstəyi ilə həyata keçirildiyini iddia etsə də, mövcud faktlar göstərir ki, Avropa ölkələrinin əksəriyyətində nifrət cinayətlərinə qarşı sərt qanunvericilik mövcuddur. Məsələn, Fransa və Almaniya müsəlmanlara qarşı zorakılığı təşviq edən istənilən nifrət nitqinə qarşı sərt hüquqi mövqe sərgiləyirlər. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi kimi əsas Avropa institutları da dini ayrı-seçkiliyə qarşı müdafiə təmin edir və müsəlmanlara şikayətlərini həll etmək üçün hüquqi imkanlar təqdim edir.

Eyni zamanda, bir çox Avropa liderləri açıq şəkildə islamofobiyanı qınayırlar. Məsələn, 2021-ci ildə Dözümsüzlük və İrqçiliyə qarşı Avropa Şurası Komissiyası nifrət nitqinin qarşısını almaq və dini azlıqları, o cümlədən müsəlmanları qorumaq üçün yeni təlimatlar tövsiyə edib. Fransanın prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolts kimi yüksək rütbəli Avropa liderləri müsəlmanlara qarşı ayrı-seçkiliyi dəfələrlə açıq şəkildə pisləyiblər.

Pew” Tədqiqat Mərkəzi kimi təşkilatların keçirdiyi sorğular göstərir ki, Avropalıların əksəriyyəti müxtəlifliyi dəstəkləməyin və bütün dini azadlıqları qorumağın vacibliyini ifadə edirlər. Bu sorğular islamofobiyanın mövcud olduğunu göstərsə də, əksər avropalılar tolerantlıq və multikulturalizmi yüksək qiymətləndirərək islamofobiyanı mənfi bir hal kimi görürlər.

Avropanın inteqrasiya və ekstremizm ilə bağlı çətinliklərlə üzləşdiyini inkar etmək olmaz, lakin, bu məsələlər dəqiqliklə hazırlanan siyasi alətlərlə həll olunur. Məsələn, Almaniyanın "İrqçiliyə qarşı Milli Fəaliyyət Planı" ayrı-seçkiliyi aradan qaldırmağı hədəfləyir. Bu təşəbbüslər təqibin dövlət tərəfindən dəstəkləndiyi iddiaları ilə ziddiyyət təşkil edir və Avropanın islamofobiya ilə mübarizədəki səylərini göstərir.

Bu cür iddialar Avropanın bütün dini qruplar üçün inklüziv bir cəmiyyət yaratmaq uğrunda leqal, sosial və siyasi səylərini nəzərə almır. Problemlər mövcud olsa da, dövlətləri və ya cəmiyyətləri sistematik olaraq islamofob adlandırmaq Avropa ölkələrinə və insitutlarına qarşı aparılan qarlama kampaniyasının bir hissəsidir.

Nəticə olaraq, Avropada islamofobiyanı təşviq edən bir tendensiyanın olduğu haqqında iddialar əsassızdır və reallığı təhrif edir. Avropa ölkələri, mükəmməl olmasalar da, ayrı-seçkiliklə mübarizə aparmaq üçün geniş hüquqi və sosial siyasətlər tətbiq ediblər. "Yeni Azərbaycan"da yer alan iddia anti-Qərb propoqandasıdır.

Anti-qərb dezinformasiyası
  • 4 Dekabr, 2024
  • 27

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə