logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Elman Nəsirovun əsasən yanlış iddiası: ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları keçib

Elman Nəsirovun əsasən yanlış iddiası: ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları keçib

Xəbərin qısa icmalı

Deputat Elman Nəsirov ABŞ-nin hərbi büdcəsinin 1 trilyon dollardan, ÜDM-inin isə 20 trilyon dollardan çox olduğunu iddia edib. O, bunu sentyabrın 9-u Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən xüsusi iclasda bildirib

2024-cü ilin rəsmi məlumatlarına əsasən ABŞ-nin nominal ümumdaxili məhsulu 29184 dollar olub. Bu göstərici Elman Nəsirovun “20 trilyondan çox” ifadəsi ilə üst-üstə düşsə də, statistika iqtisadi reallığa uyğun gəlmir. Çünki rəqəm 30 trilyon dollara daha yaxındır. 

2024-cü ildə ABŞ Müdafiə Nazirliyinin (Department of Defense - DoD) rəsmi açıqlanan büdcəsi 841.4 milyard dollar idi. Son olaraq 2025-ci il üçün təqdim olunan büdcə təklifi isə 849.8 milyard dollar olub. Həmçinin ABŞ Nümayəndələr Palatası müdafiə siyasəti ilə bağlı qanun layihəsində 892.6 milyard dollar məbləğində hərbi büdcəni təsdiqləyib.

Deputat Elman Nəsirov ABŞ-nin hərbi büdcəsinin 1 trilyon dollardan, ÜDM-inin isə 20 trilyon dollardan çox olduğunu iddia edib. O, bunu sentyabrın 9-u Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən xüsusi iclasda bildirib

“ÜDM-i 20 trilyon dolları, hərbi büdcəsi isə 1 trilyon dolları keçən fövqəldövlətlə – ABŞ-la aparılan danışıqlarda Azərbaycanın mövqeyinin qəbul edilməsi və əldə olunan uğur olduqca əhəmiyyətlidir”. 

Fakt Yoxla” ABŞ-nin hərbi büdcəsinin 1 trilyon dolları keçib-keçmədiyi ilə bağlı iddianı yoxlayıb.

2024-cü ilin rəsmi məlumatlarına əsasən ABŞ-nin nominal ümumdaxili məhsulu 29184 dollar olub. Bu göstərici Elman Nəsirovun “20 trilyondan çox” ifadəsi ilə üst-üstə düşsə də, statistika iqtisadi reallığa uyğun gəlmir. Çünki rəqəm 30 trilyon dollara daha yaxındır. 

Hərbi büdcəyə gəlincə, 2024-cü ildə ABŞ Müdafiə Nazirliyinin (Department of Defense - DoD) rəsmi açıqlanan büdcəsi 841.4 milyard dollar idi. Son olaraq 2025-ci il üçün təqdim olunan büdcə təklifi isə 849.8 milyard dollar olub. Həmçinin ABŞ Nümayəndələr Palatası müdafiə siyasəti ilə bağlı qanun layihəsində 892.6 milyard dollar məbləğində hərbi büdcəni təsdiqləyib. Yəni ümumi hərbi büdcə nə 2024-cü ildə, nə də 2025-ci il üçün 1 trilyon dolları keçməyib. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elman Nəsirovun iddiası əsasən yanlışdır

Əsasən yanlış
  • 24 Sentyabr, 2025
  • 27

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə