logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sərdar Cəlaloğlu: MDB-də imzalanan sazişə görə, Azərbaycan Rusiyanın razılığı olmadan heç bir xarici dövlətlə saziş imzalaya bilməz

Sərdar Cəlaloğlu: MDB-də imzalanan sazişə görə, Azərbaycan Rusiyanın razılığı olmadan heç bir xarici dövlətlə saziş imzalaya bilməz

Xəbərin qısa icmalı

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr birtərəfli qaydada beynəlxalq saziş imzalaya bilməz. Onun haqqında bəhs etdiyi “sazişlər” MDB Xarici İşlər Nazirləri Şurasının 7 oktyabr 2024-cü ildə keçirilən iclasında qəbul edilmiş “Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlardan gedir.

Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” adlı bəyanatda üzv dövlətlərin Avrasiyada bərabər və bölünməz təhlükəsizlik arxitekturasının yaradılmasına, hərbi-siyasi vəziyyətin davamlı və uzunmüddətli sabitləşdirilməsinə, habelə mövcud münaqişələrin nizamlanmasına və yeni regional münaqişələrin qarşısının alınmasına əməli töhfə verməyə hazır olmalarından bəhs edilir. Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” adlı digər bəyanatda isə birtərəfli sanksiyaların beynəlxalq hüquqa zidd olduğu iddia edilir və bunun yolverilməz olduğu qeyd olunur. Sənədlərin heç birində MDB üzvü ölkələrinin digər dövlətlərlə saziş bağlamasına hər hansı qadağa nəzərdə tutulmayıb. MDB-nin yaradılması haqqında sazişdə də üzv dövlətlərin suverenliyi tanınır və üçüncü tərəflərlə saziş imzalamasına hər hansı məhdudiyyət tətbiq etmir.

- Yerli qanunvericilikdə də Azərbaycanın beynəlxalq müqavilələr bağlaması barədə üçüncü tərəflərin razılığı ilə bağlı hər hansı qayda və ya şərt nəzərdə tutulmayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr birtərəfli qaydada beynəlxalq saziş imzalaya bilməz. 

“MDB-də bir saziş imzalanıb. Ermənistan ondan imtina etdi. MDB üzvü ölkələri birtərəfli qaydada beynəlxalq saziş imzalaya bilməz. Yəni, Rusiyanın razılığı yoxdursa, Azərbaycan heç bir xarici dövlətlə saziş imzalaya bilməz”, - partiya sədri oktyabrın 10-da “Reaksiya TV” adlı yutub kanalında fbelə deyib. (43:54)

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Sərdar Cəlaloğlunun Milli Məclisin deputatı Elman Nəsirovla müzakirəsindən aydın olur ki, onun haqqında bəhs etdiyi “sazişlər” MDB Xarici İşlər Nazirləri Şurasının 7 oktyabr 2024-cü ildə keçirilən iclasında qəbul edilmiş “Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlardan gedir. Ermənistan sözügedən bəyanatları imzalamaqdan imtina edib.

Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” adlı bəyanatda üzv dövlətlərin Avrasiyada bərabər və bölünməz təhlükəsizlik arxitekturasının yaradılmasına, hərbi-siyasi vəziyyətin davamlı və uzunmüddətli sabitləşdirilməsinə, habelə mövcud münaqişələrin nizamlanmasına və yeni regional münaqişələrin qarşısının alınmasına əməli töhfə verməyə hazır olmalarından bəhs edilir.

Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” adlı digər bəyanatda isə birtərəfli sanksiyaların beynəlxalq hüquqa zidd olduğu iddia edilir və bunun yolverilməz olduğu qeyd olunur.

Sənədlərin heç birində MDB üzvü ölkələrinin digər dövlətlərlə saziş bağlamasına hər hansı qadağa nəzərdə tutulmayıb. MDB-nin yaradılması haqqında sazişdə də üzv dövlətlərin suverenliyi tanınır və üçüncü tərəflərlə saziş imzalamasına hər hansı məhdudiyyət tətbiq etmir.

Azərbaycan ölkə Konstitusiyasına, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanuna, eləcə də digər qanunvericilik aktlarına əsasən beynəlxalq müqavilələr bağlayır. 

Konstitusiyanın 94-cü maddəsinə əsasən, beynəlxalq müqavilələrin təsdiqi və ləğvi Milli Məclis tərəfindən edilir. Müqavilələr bağlamaq hüququ prezidentə məxsusdur. O, bu hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.

Müqavilələrin bağlanması prosedurları 2011-ci ildə təsdiq edilən “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”nda öz əksini tapıb. 

Göründüyü kimi, yerli qanunvericilikdə də Azərbaycanın beynəlxalq müqavilələr bağlaması barədə üçüncü tərəflərin razılığı ilə bağlı hər hansı qayda və ya şərt nəzərdə tutulmayıb.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Sərdar Cəlaloğlunun iddiası yanlışdır.

“youtube.com”, “Sabiq nazir, Elman Nəsirov və Sərdar Cəlaloğlu ÜZ - ÜZƏ

“tass.ru”, “Армения на Совете глав МИД СНГ не присоединилась к двум заявлениям

“cis.minsk.by”, “о Заявлении министров иностранных дел государств – участников Содружества Независимых Государств о недопустимости использования в международных отношениях односторонних ограничительных мер

“cis.minsk.by”, “о Заявлении министров иностранных дел государств – участников Содружества Независимых Государств о принципах сотрудничества в обеспечении безопасности в Евразии

“cis.minsk.by”, “Соглаше́ния о создании Содружества Независимых Государств

“e-qanun.az”, “Azərbaycan Respublikasının Konstitusiyası

“e-qanun.az”, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanun

“e-qanun.az”, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları

Yalan
  • 12 Dekabr, 2024
  • 135

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə