logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Çingiz Qənizadə: “Azərbaycan bu dəfə də demokratik, azad, ədalətli və şəffaf seçki keçirdi”

Çingiz Qənizadə: “Azərbaycan bu dəfə də demokratik, azad, ədalətli və şəffaf seçki keçirdi”

Xəbərin qısa icmalı

Milli Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Azərbaycanda demokratik, azad, ədalətli və şəffaf seçki keçirilib.

- Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Prezident seçkisi haqqında rəyində bildirib ki, səsvermə və səslərin sayılması prosesində ənənəvi çatışmazlıqlar müşahidə olunub.Təşkilatın rəyinə görə seçki günü, həmçinin bəzi seçki məntəqələrində müşahidəçilərə və jurnalistlərə təzyiqlər qeydə alınıb. Əlavə olunub ki, bu təzyiqlər Məntəqə Seçki Komissiyaları üzvlərinin səsvermənin aşkarlığı və şəffaflığı prinsiplərinə riayət etməməsi şəraitində baş verib.

Seçki Müşahidə Alyansı seçki barədə rəyində bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri rəqabətsiz və qeyri-demokratik atmosferdə keçib, məhdudlaşdırıcı seçki mühiti ilə yanaşı seçki günü çoxsaylı pozuntular seçkinin bütövlüyünü əhəmiyyətli dərəcədə pozub.Vurğulanıb ki, məntəqələrin 35 faizində müşahidəçilərə səslərin sayılması prosesini rahat müşahidə etməyə imkan verilməyib. Məntəqələrin 50 faizindən çoxunda isə yekun protokolun rəsmi surəti qanunsuz olaraq müşahidəçilərə təqdim olunmayıb. Təşkilatın hesabatında qeyd olunub ki, məntəqələrin 45 faizində qeydiyyatda olmayan şəxslərin səsvermə halı, 20 faizində təkrar səsvermə halı, 15 faizində seçki qutularına topa bülleten atılması halları, 60 faizində isə “karusel” (seçicilərin qrup şəklində məntəqələri gəzərək səsverməsi) halları müşahidə edilərək sənədləşdirilib.

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkisi ilə bağlı ilkin hesabatında bildirilib ki, seçkilər məhdudlaşdırıcı mühitdə keçib və seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb. Hesabatda əlavə edilib ki, müstəqil media, vətəndaş cəmiyyəti və siyasi partiyalar üçün mühitin daralması ilə bərabər ölkə rəhbərinin səlahiyyətlərin artırılması həqiqi plüralizmdən məhrum olan rəqabətlə nəticələndi. “Seçki Məcəlləsinə edilən son texniki düzəlişlər DTİHB-nin tövsiyələrini nəzərə almamış və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra edilməmişdir” – deyə hesabatda bildirilib. 

“AZƏRTAC”-a açıqlamasında Milli Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Azərbaycanda demokratik, azad, ədalətli və şəffaf seçki keçirilib. Bəs Azərbaycanda 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar Prezident seçkiləri Çingiz Qənizadənin iddia etdiyi kimi demokratik, azad, ədalətli və şəffaf keçirilibmi?

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

7 fevral 2024-cü il tarixində keçirilmiş Prezident seçkilərinin yekununa dair Mərkəzi Seçki Komissiyasının Protokoluna əsasən, İlham Əliyev 92,12% səs toplayaraq yenidən Prezident seçilib. MSK rəsmiləri seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı bu quruma şikayətlərin daxil olmadığını, seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, azad, ədalətli və şəffaf keçirildiyini vurğulayıb.

Ancaq, müstəqil yerli və beynəlxalq təşkilatlar vəziyyətin heç də belə olmadığını bildirirlər. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Prezident seçkisi haqqında rəyində bildirib ki, səsvermə və səslərin sayılması prosesində ənənəvi çatışmazlıqlar müşahidə olunub. 

“Bu cür pozuntulara adları seçici siyahısında olmayan şəxslərin səsvermədə iştirakı, səsverməyə vətəndaşların qrup halında gətirilməsi və yerli icra strukturlarının seçki prosesinə müdaxiləsi halları daxildir. Bəzi seçki məntqələrində bir şəxsin bir neçə dəfə səsverməsi və səsvermənin gizliliyinin pozulması halları qeydə alınıb.” - SMDT qeyd edib.

Təşkilatın rəyinə görə seçki günü, həmçinin bəzi seçki məntəqələrində müşahidəçilərə və jurnalistlərə təzyiqlər qeydə alınıb. Əlavə olunub ki, bu təzyiqlər Məntəqə Seçki Komissiyaları üzvlərinin səsvermənin aşkarlığı və şəffaflığı prinsiplərinə riayət etməməsi şəraitində baş verib. Nəticə olaraq SMDT 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkisinin əlverişli demokratik siyasi mühit və həqiqi siyasi rəqabət şəraitində keçirilmədiyi, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların tələblərinə cavab vermədiyi qənaətinə gəlib.

Seçki Müşahidə Alyansı seçki barədə rəyində bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri rəqabətsiz və qeyri-demokratik atmosferdə keçib, məhdudlaşdırıcı seçki mühiti ilə yanaşı seçki günü çoxsaylı pozuntular seçkinin bütövlüyünü əhəmiyyətli dərəcədə pozub.

Vurğulanıb ki, məntəqələrin 35 faizində müşahidəçilərə səslərin sayılması prosesini rahat müşahidə etməyə imkan verilməyib. Məntəqələrin 50 faizindən çoxunda isə yekun protokolun rəsmi surəti qanunsuz olaraq müşahidəçilərə təqdim olunmayıb. Təşkilatın hesabatında qeyd olunub: “Məntəqələrin 45 faizində qeydiyyatda olmayan şəxslərin səsvermə halı, 20 faizində təkrar səsvermə halı, 15 faizində seçki qutularına topa bülleten atılması halları, 60 faizində isə “karusel” (seçicilərin qrup şəklində məntəqələri gəzərək səsverməsi) halları müşahidə edilərək sənədləşdirilib”.

Seçkiləri müşahidə ilə bağlı legitim mandat ATƏT-dədir və seçkilərin qiymətləndirilməsində bu təşkilatın mövqeyi əsasdır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkisi ilə bağlı ilkin hesabatı 8 fevralda dərc olunub. Hesabatda bildirilib ki, seçkilər məhdudlaşdırıcı mühitdə keçib və seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb.

Hesabatda əlavə edilib ki, müstəqil media, vətəndaş cəmiyyəti və siyasi partiyalar üçün mühitin daralması ilə bərabər ölkə rəhbərinin səlahiyyətlərin artırılması həqiqi plüralizmdən məhrum olan rəqabətlə nəticələndi: “Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçkilər üçün standartlara ziddir”.

DTİHB-yə görə Siyasi Partiyalar haqqında və Media haqqında yeni qəbul edilmiş qanunlarda çoxsaylı məhdudiyyətlər qalmaqdadır ki, bu da beynəlxalq standartlar və ATƏT-in öhdəliklərindən daha çox uzaqlaşan hüquqi çərçivənin formalaşması ilə nəticələnib.

“Seçki Məcəlləsinə edilən son texniki düzəlişlər DTİHB-nin tövsiyələrini nəzərə almamış və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra edilməmişdir” – deyə hesabatda bildirilib.

Hesabatda Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) müşahidəçiləri qeyd ediblər ki, müşahidəsi aparılan məntəqələrin təxminən yarısında (53) səslərin sayılmasının şəffaflığı pozulub. Qeyd olunub ki, səsvermə proseduru müşahidə edilmiş 1226 seçki məntəqəsinin 7,7 faizində BSMM müşahidəçiləri tərəfindən mənfi qiymətləndirilib ki, bu da yüksək rəqəmdir və ciddi narahatlıq doğurur. Bildirilib ki, 11 faiz məntəqələrdə seçicilərin barmaqları mürəkkəblə ardıcıl şəkildə işarələnməyib, 16 faiz halda isə mürəkkəbin izi yoxlanılmayıb.

ATƏT-in qısamüddətli müşahidəçilərinin xüsusi əlaqələndiricisi və rəhbəri Artur Gerasimov bildirib ki, hüquqi bazanın demokratik seçkilər üçün beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı əvvəlki tövsiyələr diqqətdən kənarda qalıb:

“Qanun və praktikada çoxsaylı məhdudiyyətlər mövcud olmaqda davam edir. Seçki kampaniyasında əhəmiyyətli ictimai iştirak olmayıb və rəqabətli deyildi. Kampaniyada altı başqa namizəd iştirak etsə də, onların heç biri öz kampaniyalarında hazırkı Prezidentin siyasətinə inandırıcı şəkildə etiraz etmədi və seçiciləri həqiqi alternativsiz qoydu” - deyə A.Gerasimov qeyd edib.

Seçki günü müxtəlif səsvermə məntəqələrində müşahidə aparan müstəqil media qurumlarının yaydığı videolarda, fərqli məntəqələrdə təkrar səs verən insanların olması, topa bülleten atma hallarının qeydə alınması kimi pozuntular müşahidə edilib (mənbə: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13)

Beləliklə, Azərbaycanda 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar Prezident seçkiləri Çingiz Qənizadənin iddia etdiyi kimi demokratik, azad, ədalətli və şəffaf keçirilməyib, seçkidə məhdudiyyətlər olub və pozuntu halları qeydə alınıb. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, iddia yanlışdır.

“azertag.az”, Xalq Prezidentə olan vəfa borcunu geri qaytardı – RƏY

“msk.gov.az”, 7 fevral 2024-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin yekununa dair Mərkəzi Seçki Komissiyasının Protokolu

“osce.org”, ELECTION OBSERVATION MISSION Republic of Azerbaijan – Early Presidential Election, 7 February 2024 STATEMENT OF PRELIMINARY FINDINGS AND CONCLUSIONS PRELIMINARY CONCLUSIONS

“meydan.tv”, ATƏT seçki ilə bağlı rəyini açıqladı, təzyiq altında olmadığını dedi

“faktyoxla.info”, Məlahət İbrahimqızı: “Azərbaycanda keçirilən seçkilər Avropadakı seçkilərdən geri qalmır”

“faktyoxla.info”, Deputatın beynəlxalq seçki missiyaları haqqında iddiası

“youtube.com”, Prezident seçkisində pozuntulardan görüntülər: YAP-çı müşahidəçi YAP sədrini tanımır

“youtube.com”, “Minbaşı, yüzbaşı”, kəsilən bülletenlər - Prezident seçkisindən GÖRÜNTÜLƏR

“youtube.com”, Prezident seçkisi bitdi. Müxbirlərimiz nələr gördü? Karusel, minbaşı və daha nələr

“youtube.com”, Fəal seçici təkrar səs verir - SEÇKİ 2024

“youtube.com”, 27 saylı seçki dairəsində ''karusel'' əməliyyatı

“youtube.com”, “Karusel” iştirakçıları jurnalisti görüb qaçdılar

“youtube.com”, Seçki müşahidəsinə mane olan müşahidəçilər, kəsilmiş bülletenlər, qoşa səs verənlər

“youtube.com”, Bərdə və Xəzər rayonunda eyni seçicilər bir dəfədən çox səs veriblər

“youtube.com”, Prezident seçkisindəki pozuntular: Topa bülletenlər necə hazırlandı? - GÖRÜNTÜLƏR

“youtube.com”, Seçkidəki “yüzbaşı” AzadlıqRadiosuna danışır: “Dedilər ki, aktivlik yaradın”

“youtube.com”, “Əcəb eləmişəm, vətəndaşam” - Məntəqələrdə qeydiyyatda olmayanlar səs verdi

“youtube.com”, "İkincinin qarşısına X qoydum" - Prezident seçkisində "karusel" GÖRÜNTÜLƏRİ

“youtube.com”, Prezident seçkisində karusel: “3 dəfə səs verdim”

“smdtaz.org”, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycan Respublikasında 7 Fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkisinin müşahidələrinin nəticələri üzrə İLKİN RƏY

“amerikaninsesi.org”, Seçki Müşahidə Alyansı president seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb

“msk.gov.az”, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurub

Yanlış
  • 22 Fevral, 2024
  • 1974

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə