logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Avropa təşkilatları Qarabağın “Artsax” adında müstəqil dövlət olmalı olduğunu diqtə edirdimi?

Avropa təşkilatları Qarabağın “Artsax” adında müstəqil dövlət olmalı olduğunu diqtə edirdimi?

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Anar İsgəndərov deyib ki, dünənə qədər Avropanın nüfuzlu təşkilatları Qarabağın “Artsax” adı altında müstəqil dövlət olmalı olduğunu diqtə edirdi.

- Avropa İttifaqı, Avropa Şurası, ATƏT bu vaxta qədər separatçı “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət olmasını diqtə etməyiblər, onlar bu dövləti tanımadıqlarını bildiriblər və orada baş tutan seçkiləri legitim hesab etməyiblər.

“Dünənə qədər Avropanın nüfuzlu təşkilatları Qarabağın “Artsax” adı altında müstəqil dövlət olmalı olduğunu diqtə edirdi. Bu günsə özləri qondarma seçkini tanımır”.

Bunu sentyabrın 9-da separatçı “Dağlıq Qarabağ”da keçirilən seçki haqqında “Demokrat.az”-a açıqlama verən Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Qeyd edək ki, deputatın bu iddiasında yer alan “Avropanın nüfuzlu təşkilatları” ifadəsi dedikdə Avropa İttifaqı (Aİ), Avropa Şurası (AŞ), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) başa düşülür. 

Bəs bu təkilatlar Qarabağın “Artsax” adı altında müstəqil dövlət olmalı olduğunu diqtə edirdimi?

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

İddianın yoxlanma dairəsi kimi sözügedən təşkilatların separatçıların 21-ci əsrdə keçirdikləri bütün prezident seçkilərinə münasibəti araşdırılıb. 

Avropa İttifaqı 2002-ci il avqustun 11-də keçiriləcək seçki ilə bağlı dərc etdiyi bəyanatda bildirib ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımadığını xatırladır. Avropa Şurası da seçkiləri tanımayıb və vurğulayıb ki, bu seçki heç bir siyasi əhəmiyyət daşımır. Açıq mənbələrdə ATƏT-in bu seçkilərlə bağlı mövqeyinə rast gəlinməyib.

Aİ 2007-ci il 19 iyulda separatçıların keçirdiyi seçki ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilib ki, Aİ Dağlıq Qarabağın müstəqilliyini tanımır. AŞ də bəyanatında bu seçkiləri tanımadığını bildirib: Dağlıq Qarabağda təşkil olunacaq nə “prezident seçkiləri”, nə də onların nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır…Belə “seçkilərin” keçirilməsi, münaqişənin həllinə töhfə verə bilməz” – deyə bəyanatda qeyd edilib. ATƏT bəyan edib ki, ATƏT Dağlıq Qarabağın müstəqilliyini tanımır və bu seçkilərin münaqişənin həllinə heç bir təsiri və ya əhəmiyyəti olmamalıdır.

19 iyul 2012-ci ildə keçirilən seçkilərlə bağlı Aİ-nin dərc etdiyi bəyanatı ATƏT də dərc edib. Bəyanatda bildirilir ki, Aİ seçkilərin konstitusional və hüquqi çərçivələrini tanımır. AŞ-nin bu seçkilərlə bağlı mövqeyinə rast gəlinməyib. 

Aİ 19 iyul 2017-ci ildə keçirilən seçkilərlə bağlı bəyanatında bildirib ki, Aİ Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”ni tanımır. ATƏT də bu bəyanatı dərc edib. Avropa Şurasının bu seçkilərlə bağlı mövqeyinə rast gəlinməyib.

2017-ci ildə separatçı rejim keçirdiyi referendumla yarı-prezident sistemindən prezident üsul-idarəsinə keçdi. Nəticədə, 2017-ci il prezident seçkilərində növbəti üç il müddətinə Bako Saakyan yenidən prezident seçilmişdi.

Bu səbəblə 2020-ci ildə prezident seçkiləri keçirildi.

Aİ 2020-ci ilin 31 martında keçirilən seçkilərlə bağlı bəyanat dərc edib. Bəyanatda Aİ Dağlıq Qarabağı tanımadığını xatırladıb və xəbərdarlıq edib ki, bu addım münaqişənin həlli üzrə beynəlxalq danışıqların gedişinə mane ola bilər. AŞ-nin bu seçkilərlə bağlı mövqeyinə rast gəlinməyib. ATƏT də bu seçkilərlə bağlı bəyanat dərc edib. Bəyanatda bildirilib ki, heç bir ölkə və ya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrin heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanınmır.

Həmçinin qeyd edək ki, nə bu təşkilatlatlar, nə də BMT üzvü olan heç bir ölkə separatçı “Dağlıq Qarabağ Respublikasını” müstəqil dövlət kimi tanımayıb.

Beləliklə, göründüyü kimi bu təşkilatlar separatçı “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət olmasını diqtə etməyiblər, onlar bu dövləti tanımadıqlarını bildiriblər və orada baş tutan seçkiləri legitim hesab etməyiblər.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.

“demokrat.az”, "Xankəndidə qondarma seçkinin keçirilməsi gülünc bir şou idi" — Deputat

“ec.europa.eu”, Declaration by the Presidency on behalf of the European Union on forthcoming "Presidential elections" in Nagorno Karabakh

“azatutyun.am”, Karabakh Government Reacts To International Criticism Of Elections

“rm.coe.int”, Council of Europe Secretary General Walter Schwimmer: “The “presidential election” in Nagorno-Karabakh is politically irrelevant”

“ec.europa.eu”, Declaration by the Presidency on behalf of the European Union on "presidential elections" in Nagorno-Karabakhon 19 July 2007

“rm.coe.int”, Chair of the Council of Europe’s Committee of Ministers: Declaration on the “presidential elections” to be held in Nagorno Karabakh on 19 July 2007

“osce.org”, Elections in Nagorno-Karabakh should not have any impact on the peaceful settlement of the conflict, OSCE Chairman-in-Office says

“consilium.europa.eu”, Statement by High Representative Catherine Ashton on 3agorno Karabakh

“eeas.europa.eu”, STATEMENT BY THE EUROPEAN UNION AT THE 1155th MEETING OF THE OSCE PERMANENT COUNCIL 20 July 2017 On the “presidential election” in Nagorno-Karabakh

 “eeas.europa.eu”, Nagorno-Karabakh: Statement by the Spokesperson on the so-called presidential and parliamentary elections

“osce.org”, Press Statement by the Co-Chairs of the OSCE Minsk Group

 “osce.org”, STATEMENT BY THE EUROPEAN UNION AT THE 1155th MEETING OF THE OSCE PERMANENT COUNCIL

“azatutyun.am”, Բակո Սահակյանը հայտարարել է 2020-ին չառաջադրվելու որոշման մասին

Yanlış
  • 27 Oktyabr, 2023
  • 319

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə