logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Zelenski Putinin qarşısında çıxış edibmi?

Zelenski Putinin qarşısında çıxış edibmi?

Təhsil eksperti Kamran Əsədov hazırda Ukrayna Prezidenti olan Volodimir Zelenskinin vaxtilə aktyor kimi Rusiya Prezidenti Vladimir Putinin qarşısında çıxış etdiyini əks etdirən video yayıb. Görüntüdə Putinin tamaşaçılar arasında oturaraq Zelenskini izlədiyi və ürəkdən güldüyü göstərilir. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Bu videoda Zelenskinin olduğu səhnə  2012-ci ildə KVN-nin rəsmi “Youtube” kanalında dərc olunub. Saxta iddiada yayılan video KVN-in hesabında yayılan videonun  35:26-cı saniyəsindəndir.

Vladimir Putinin görüntüsü olan video isə “1-ci” kanalda yayılan KVN videosundan kəsilib (2:05-ci saniyə).

Videonu izləyərkən aydın olur ki, Putinin görüntüləri 2006-cı ildə, KVN-in 45 illik yubleyi zamanı qeydə alınıb. 

”Axar.az” saytı “Aktyor Zelenskinin Putinin önündəki çıxışı yayıldı” başlıqda daha fərqli bir görüntünü paylaşıb.  KVN-nin rəsmi “Youtube”  kanalında Zelenskinin (1:13:08-ci saniyə)  olduğu video 2001-ci, Putinin olduğu video (3:54-cü saniyə) 2004-cü ilə aiddir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Zelenskinin vaxtilə  Putinin qarşısında çıxış etdiyinə dair videolar müxtəlif illərdə çəkilən KVN videolarından kəsilərək montaj edilib. Məhz bu videolarla bağlı yayılan iddialar saxtadır.

Saxta
  • 22 Aprel, 2022
  • 2224

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə