logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Yəhudilər xərçəngə tutulmur?

Yəhudilər xərçəngə tutulmur?

“Publika.az” saytında dərc olunan  “Yəhudilər niyə xərçəngə tutulmur? - DƏHŞƏTLİ SƏBƏBLƏR” başlıqlı məqalədə aşağıdakı iddia yer alıb:

“Statistikaya görə, bir çox ölkələrdə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı durmadan artsa da, İsraildə xərçəngdən ölənlərin sayının azaldığı məlum olub. Belə ki, İsraildə 2003-ci ildə 160, 2004-ci ildə isə 152 nəfər xərçəngdən ölüb”.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Oksford Universitetinin bazasında yaradılan “Our Wold in Data”  saytının məlumatına görə, 2000-ci ildən başlayaraq İsraildə xərçəngdən ölüm halları artıb. Belə ki, təkcə 2000-ci ildə bu ölkədə sözügedən xəstəlikdən on mindən artıq ölüm faktı qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, 2020-ci ildə İsraildə 28 704 yeni xərçəngə tutulma, 13 050 ölüm halı qeydə alınıb. 

Cədvəl: İsraildə xərçəngə yoluxma halı

2020-ci ildə dünya ölkələrində 18,094,716 milyon xərçəng diaqnozu qoyulub. Kişilər və qadınlar arasında bütün xərçəng xəstəliklərinin (qeyri-melanoma dəri xərçəngi istisna olmaqla) yaşa görə standartlaşdırılmış nisbətinə əsasən, 2020-ci ildə hər 100.000 nəfərə 190 xərçəngə tutulma halı qeydə alınıb. 

İsraildə isə hər 100 min nəfərə 239.4 hal düşür. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu rəqəm 138.4, Türkiyədə 225.6, İranda isə 148.7-yə bərabərdir. 

Beləliklə, İsrail xərçəng xəstəliyinin yayılmasına görə dünyada 44-cü yerdədir, Azərbaycan isə bu siyahıda 110-cu yerdə qərarlaşıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İsraildə xərçəng xəstəliyinin az yayıldığına dair iddia yalandır.

“Publika.az” Yəhudilər niyə xərçəngə tutulmur? - DƏHŞƏTLİ SƏBƏBLƏR

“Ourworldindata.org” Deaths from cancer

“Gco.iarc.fr” Israel

“wcrf.org” Global cancer data by country

Yalan
  • 28 May, 2022
  • 2926

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə