logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Ukrayna hərbçilərinin saxta görüntülər hazırlaması ilə bağlı iddialar

Ukrayna hərbçilərinin saxta görüntülər hazırlaması ilə bağlı iddialar

Sosial media istifadəçiləri aşağıdakı görüntünü paylaşaraq iddia ediblər ki, Ukrayna hərbçiləri Rusiyanın təcavüzünü göstərmək üçün saxta görüntülər hazırlayıblar. 

“FaktYoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Video “@icefil” adlı TikTok”  istifadəçisinin səhifəsində paylaşılıb. Həmin profilin sahibi rusiyalı blogger Filipp Fedorçukdur. Video  Rusiyanın "NTV" (НТВ) kanalında yayımlanacaq "Autsayder" adlı serialın pərdəarxası çəkilişlərindəndir.

Bloger bu postu “Filmdə yıxılması üçün maniken hazırlayırıq” şərhi ilə yayıb.

Fedorçuk Instagram”  səhifəsində etdiyi başqa bir paylaşımda çəkilişin nəticəsi haqqında yazıb.

Fedorçuk "Fakt Yoxla"ya açıqlamasında deyib ki, videonu Vsevolojskda lentə alıb. 

"Bu, pəncərədən maşının üstünə atmaq üçün hazırlanan kuklanın maketi olub", ‒ deyə bloger bildirib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə görüntülərə dair iddialar saxtadır.

“Facebook.com”, İskəndər Abbasovun paylaşdığı post

“Tiktok.com”, Подготовка манекена к падению в кино!

“Instagram.com”, Filipp Fedorçuk İnstaqram səhifəsi

Saxta Xəbər
  • 21 Aprel, 2022
  • 612

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə