logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Sputnik.az”: “Vaşinqton Donbasda on minlərlə ukraynalının ölümü üçün ilkin şərtlər yaradıb”

“Sputnik.az”: “Vaşinqton Donbasda on minlərlə ukraynalının ölümü üçün ilkin şərtlər yaradıb”

Rusiya Ukrayna səhəddinə qoşun toplayanda Rusiyanın dövlət büdcəsindən maliyyələşən “Sputnik.az” saytı ABŞ-ın Donbasda minlərlə ukraynalının ölümünə zəmin yaratdığını yazıb.

“Vaşinqton öz maraqları və müttəfiqlərə ziyan vurmaq naminə Avropanın mərkəzində fəlakət və uzun müddətli hərbi gərginlik zonası, Donbasda on minlərlə ukraynalının ölümü və gələcəkdə NATO və Rusiya arasında irimiqyaslı silahlı münaqişəsi üçün ilkin şərtlər yaradıb”, ‒ deyə məqalədə bildirilir.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyası ilə Ukrayna arasında əsas gərginlik 2014-cü ildə olub. Belə ki, 2013-cü ildə Prezident Yanukoviçin Avropa Birliyi ilə müqavilə imzalamaq əvəzinə Rusiya ilə güclü əlaqələr qurmağa üstünlük verməsi Ukraynada etirazların başlamasına səbəb olur. Etirazlar tamamilə nəzarətdən çıxdıqdan sonra 2014-cü ildə atəşkəs elan edildi. 

Ukraynanın qərbyönümlü siyasəti Rusiya tərəfinin sərt tənqidinə məruz qaldı. Bunun nəticəsi olaraq Rusiya Ukraynanın şərqində və Krım yarmadasında hərbi əməliyyatlara başladı. Maskalı rus əsgərləri Putinin əmri ilə Krımda hava limanları və hərbi bazalar kimi mühüm məntəqələri zəbt ediblər

Rusiya qüvvələri Krımın Ali Şurasını ələ keçirib. Krım Nazirlər Şurası buraxılıb və yeni rusiyayönümlü baş nazir təyin edilib.

2014-cü ilin aprelində, rusiya yönümlü separatçılar Donetsk və Luqansk regionlarında hökumət binalarını ələ keçirməyə başladılar və nəticədə öz müstəqilliklərini elan etdilər. 

Rusiya silahlılarının separatçılara yardım etməsi və birbaşa bu prosesdə iştirakı baş verib. Bundan başqa Rusiya silahlı qüvvələrinin həm Krımda, həm də şərqi Ukraynada baş verən münaqişələrdə iştirakı ilə bağlı çoxsaylı sübutlar mövcuddur.

Beləliklə, Ukraynada hərbi gərginliyi, Donbasda insan ölümlərini Vaşinqton təşkil etməsinə dair heç bir fakt yoxdur.

Fakt Yoxlanın gəldiyi qənaətə görə, “Sputnik.az”ın iddiası anti-Qərb propaqandasıdır.

“Sputnik.az”, https://sputnik.az/

“Sputnik.az”, https://sputnik.az/20220126/ukraynasayagi-dunkerk-nato-parcalanib-ve-ruhdan-dusub-438516045.html

“archive.org”, https://web.archive.org/web/20130417061711/http://belfercenter.hks.harvard.edu/publication/2934/crimea_and_the_black_sea_fleet_in_russian_ukrainian_relations.html

“bbc.com”, https://www.bbc.com/turkce/haberler/2014/01/140123_ukrayna_soru_cevap

“bbc.com”, https://www.bbc.com/azeri/international/2013/11/131128_ukraine_students

“bbc.com”, https://www.bbc.com/news/world-europe-30131108

“cnbc.com”, https://www.cnbc.com/2013/12/01/massive-anti-government-rally-in-ukraine-turns-violent.html

“kyivpost.com”,   https://www.kyivpost.com/article/content/euromaidan/euromaidan-draws-200000-people-for-new-years-party-334544.html

“ interfax.com.ua”, https://en.interfax.com.ua/news/general/186207.html

 “kyivpost.com”, https://www.kyivpost.com/ukraine-politics/euromaidan-rallies-in-ukraine-jan-19-live-updates-335218.html

 “pravda.com”, https://www.pravda.com.ua/news/2014/02/19/7014656/

 “bbc.com”, https://www.bbc.com/news/world-europe-26386946

 “bbc.com”, http://www.bbc.com/news/world-europe-26410431

 “cnn.com”, https://edition.cnn.com/2014/02/27/world/europe/ukraine-politics/index.html

 “concordmonitor.com”, https://www.concordmonitor.com/Archive/2014/03/Russia-cm-031914

 “dw.com”, https://www.dw.com/tr/abd-istihbarat%C4%B1-rusya-ukrayna-s%C4%B1n%C4%B1r%C4%B1na-110-bin-asker-g%C3%B6nderdi/a-60676740

Anti-qərb dezinformasiyası
  • 22 Mart, 2022
  • 2506

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə