logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Şlam çəni Rusiya raketi kimi qələmə verilib

Şlam çəni Rusiya raketi kimi qələmə verilib

Sosial şəbəkələrdə “Avropanın qorxulu yuxusu,  qiyamət raketi, hər kəs Rusiyadan buna görə qorxur” başlıqlı fotolar paylaşılıb. İddia bu ilin favralında Rusiya Ukraynaya müharibə elan edəndən sonra müxtəlif sosial media istifadəçiləri tərəfindən yayılıb.

Ekran görüntüsü “Yorgun” TikTok hesabından götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

 Görüntülər öncə “Yorgun” adlı “Tik-Tok hesabında, daha sonra “Ən son xəbərlər” feysbuk qrupunda yayılıb. 

Videoda göstərilən qurğu hər hansı döyüş təchizatı deyil, şlam çənidir. Görüntülər ilk dəfə 2018-ci ilin dekabrında  "Çaba-Misnak" şirkətinin sosial media hesabından paylaşılılıb.

Ekran görüntüsü “Çaba-Misnak” feysbuk qrupundan götürülüb

Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır. Bunker aşağı yan divarları və dibi olan üstü açıq çəndən ibarətdir. Bir ucunda maye nasosunun girişi, digər ucunda isə su giriş sistemi var. Tank məhlulu yönəltmək və cazibə qüvvəsi ilə məhlulu nasosun girişinə vermək üçün nəzərdə tutulmuşdur.

Qurğunun işləmə prinsiplərini buradan əldə etmək olar.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, foto saxtadır.

“Tiktok.com”, "Yorgun" Tiktok hesabı- “İşte kiyamet füzesi”

“Facebook.com”, "Ən son xəbərlər" qrupu, “Avropanın qorxulu yuxusu”

“Facebook.com”,  “Largest and heaviest in Central Asia, climbing uphill %12 520 ton slurry hopper 1800 km”

“Freepatentsonline.com”, SLURRY HOPPER SYSTEM - CONTINENTAL OIL CO,US

“Sodimate-inc.com”, Hydroejector, Eductor Jet Pump with Venturi Effect | Sodimate

Saxta Xəbər
  • 22 Aprel, 2022
  • 1507

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə